Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9825
az

Uşaqlarda immuniteti dərmansız qaldırmağın 5 sirri - Aptekə qaçmayın

00:2612 Fevral, 2019
692
  • A
Uşağın immunitetinin zəif olması həmişə valideynlərin kabusudur. Zəif immunitetli uşaq tez-tez xəstələnir, gec sağalır. İmmunitet artıran müxtəlif vitaminlər, tabletlər, ummunmodulyatorlar çox olsa da, həkimlər də etiraf edir ki, hələ ki, dünyada immuniteti qaldıran dərman yoxdur və bu tabletlərin heç biri immuniteti yerindən belə oynatmır.

Uşağın immuniteti elə qəliz bir sistemdir ki, o yalnız özünəməxsus proqramla işləyir və daha çox qidalanma ilə aktivləşir.

Oxu24.com uşağın immunitetini möhkəmləndirməyin 5 qısa və təbii yolunu təqdim edir.

1.  Vitamin C çox olmalıdır

Əgər uşaqda Vitamin C azdırsa, o zaman immun sistem tez-tez çökəcək. Çünki məhz C vitamini ağ qan hüceyrələrinin sintezini artırır ki, onlar da mikrov və bakteriyalarla mübarizə aparır. Qanda vitamin C miqdarini analizlə təyin etmək olur. Amma bu bir qədər bahalı analizdir.

Uşaqda bu vitamini artırmaq üçün daim sitrus meyvələri- kivi, portağal, limon, manqo, mandarin, pomidor, alma, brokkoli vermək lazımdır. Eləcə də qış və yaz aylarında venadaxili Vitamin C inyeksiyası etmək olar. İnyeksiya üçün pediatrla məsləhətləşin ki, yaşa uyğun doza təyin etsin.

2. Vitamin E

Uşaqlar üçün vacib olan bu vitamin mikrobları öldürən hüceyrələrə cavabdehdir. Bu vitamin mənbəyi zeytun, bitki yağı, müxtəlif tumlar, qəhvəyi düyü, yumurta, süd, kefir, müxtəlif tumlar, günəbaxandır. Uşağınıza bunları verirsizmi?

3. Sink

Sink yaraların sağalması, selikli qişaların zədələnməsinə qarşı, infeksiyalarla mübarizə üçün lazımdır. Uşağın gündəlik qidasında mal əti, qaraciyər, yumurta sarısı, süd məhsulları, hinduşka ətindən heç olmasa biri olsun.Uşaqlar üçün sint tərkibli mineral əlavələr də satılır.

4. Sarımsaq və zəncəfil

Hər ikisi viruslara qarşıdır. Bu ərzaqları birbaşa uşağa yedirtməyin. Şorbalara, yeməklərə, çaylara qatın içsin. Məsələn, qatığa sarımsaq əzib yedirtmək olar.

5. Exinesiya

Bu çox funksiyalı dərman bitkisi limfa sistemini təmiz saxlayır, nəticədə limfalar virus və mikrobları tez tutub məhv edir.

Uşaqlara Exinesiyanı damcı-damcı verib alışdırın və bu cövhər həmişə əlinizin altında olsun Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO