Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9527
az

`Donuz qripi`ndən qorunmaq üçün nə etməli? - Mütləq oxuyun

12:0501 Fevral, 2019
2333
  • A
Xəbər verdiyimiz kimi Azərbaycanda H1N1 virusunun olması rəsmən təsdiqləndi.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda H1N1 virusu var.

Bəs bu virsudan necə qorunaq? Ümumiyyətlə “donuz qripi” nədir və onun əlamətləri hansılardır?


Xatırladaq ki, bu virus ilk dəfə 2009-cu ildə Meksikada aşkarlanıb. Belə ki, həmin ilin aprel ayında Meksikanın La-Qloriya kəndində beş yaşlı Edqar Ernandes adlı uşaq ağır qripə yoluxub. Ailəsi bunun adi qrip olduğunu güman etsə də az keçmədən Edqar dünyasını dəyişib. Təşvişə düşən həkimlər araşdırma apararaq, bunun adi virus olmadığını müəyyən ediblər. Az keçmədən virus dünyanın bir neçə ölkəsinə yayılıb ki, onlar arasında qardaş Türkiyə də vardı. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub və onların 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

 
Virus aşkar edilən andan Dünya Səhiyə Təşkilatı tərəfindən SOS təbili çalınıb. Buna baxmayaraq əksəriyyət düşünür ki, bu virus əslində müxtəlif “siyasi qüvvələr” tərəfindən yaradılıb, dünyada insanların azaldılmasına xidmət edir və sairə.

Həkim Vaqif Qarayev mövzu ilə bağlı musavat.com-a danışıb. Həkim qeyd edib ki, virusun mövcudluğu heç də uydurma deyil, əksinə çox təhlükəlidir:

“Bu məlumatlar rəsmidir və onlara inanmaq lazımdır. Ümumiyyətlə, mövsümlə bağlı olaraq yuxarı tənəffüs yollarını zədələyən virusların sayı daha da artır. Bu hər il dünyanın hər yerində baş verir. Lakin Azərbaycanda bəzən adi zökəmi, boğaz ağrısını, öskürəyi də qrip adlandırırlar. Lakin qeyd etdiklərim qrip deyil, qrip xüsusi viruslar tərəfindən törədilən ayrıca xəstəlikdir və ağırlaşmaları ilə çox təhlükəlidir, vaxtilə yüz minlərlə insanın həyatına son qoyub.

Bildiyiniz kimi, son zamanlarda qrip törədən bəzi viruslar aşkar edilməkdədir. Onlardan “quş qripi”, “donuz qripi”ni qeyd etmək olar. Dünya Səhiyyə Təşkilatının məlumatına görə bu qriplər öldürücüdür, xüsusən də epidemiya olduqda.


Xatırladım ki, 2012-13-cü illərdə Ukraynada çox ciddi epidemiya yayılmaqda idi. Həmin zaman Ukryana mətbuatı yazırdı ki, bu virus “donuz qripi”dir və bu virusdan ölənlərin sayı çoxdur. Lakin rəsmilər bildirdi ki, “donuz qripi”ndən ölənlərin sayı adi qripdən ölənlərin sayından çox deyil. Bəlkə də rəsmilər öz gücsüzlüyünü etriaf etmək istəməmişdi, lakin DST da bəyan etmişdi ki, bu virusla bağlı ajiotaş yaratmaq düzgün deyil. Hətta DST-nin iki üzvünü qoruyucu maska alverində ittiham etdilər ki, əhali bilsin. Yəni, bu işdə bəzi fırıldaq oyunlar da baş verib, bunu gizlətmək olmaz”.

V.Qarayev “donuz qripi”nin əlamətlərindən də söz açıb:

“Qripin bu növünün fərqi odur ki, hərarət həddindən artıq çox olur və günlərlə davam edir. Digər əlamətlər qripdən fərqli olmur, yəni boğaz, əzələ, sümük ağrıları, zəiflik, süstlük olur. Qeyd etdiyim ki, “donuz qripi”nin ağırlaşması təhlükəlidir, öldürücüdür”.

Vaqif Qarayev qeyd etdi ki, adı çəkilən virusdan qorunmağın sadə üsulları var:

“Sevindirici haldır ki, ölkəmizdə bu virusun labarator şəraitdə mövcudluğu aşkar edilməyib. Buna baxmayaraq əgər mövsümlə bağlı hansısa qripin yayılması məlumatı varsa, xəstə sayı çoxdursa, bu hallarda şablon standart üsullarından istifadə etmək lazımdır. Belə ki, insanların sıx olduğu yerlərdən mümkün qədər imtina etmək, ictimai nəqliyyatdan az istifadə etmək, qoruyucu maskalardan istifadə etmək lazımdır. Qeyd edim ki, viruslara yoluxma daha çox gigiyenik qaydalara əməl etmədikdə baş verir. İnsanın ən çirkli üzvü əlləridir, bunun üçün əlləri vaxtaşırı yumaq lazımdır. Həmçinin xəstə olduqda çalışmaq lazımdır ki, evdən bayıra çıxılmasın, bu həm xəstənin həm də digərlərinin sağlamlığı üçün vacibdir. Xəstə uşaqlar isə ümumiyyətlə baxça və məktəbə getməməlidir. Çünki uşaqlarda virusla bağlı ağırlaşmalar daha çox və uzunmüddətli olur. Bu baxımdan valideynlər diqqətli olmalıdır.

Beləliklə xəstəliyə yoluxmamaq üçün gigiyenik qaydalara əməl etməliyik. Bunun başqa çarəsi yoxdur. Çünki bildiyiniz kimi “donuz qripi”nin peyvəndi mövcud deyil”.

Ekspertər də qeyd edir ki, “donuz qripi”nə yoluxan şəxs dərhal xəstəxanaya yerləşdirilməlidir. Çoxlu miqdarda maye qəbul ¬etməli, xəstəyə və evdə olan digər şəxslərə maska taxılmalıdır. Xəstə şəxslə təmas zamanı gigiyenik qaydalara mütləq riayət edilməlidir. Ev şəraitində xəstəyə qulluq etmək üçün onu ayrıca otağa salmaq və ona qulluq zamanı birdəfəlik maskalardan istifadə etmək lazımdır. Maska 4 saatdan bir yenisi ilə əvəz edilməlidir. Xəstənin olduğu otağı təmiz saxlamaq, nəm əski ilə təmizləmək vacibdir. “Donuz qrip”i zamanı insan zəifləyir, immun sistemi sıfıra düşür, ağciyərlərin iltihabı, pnevmaniya ağırlaşmaları olur. Ürəkləri zəif olan insanlarda ürəyin fəaliyyəti dayanır. Xəstənin virusa yoluxmasını yalnız laboratoriyada müəyyən etmək olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başımız niyə gicəllənir?
Bu həftə əhali qızılca əleyhinə vaksinasiya olunacaq
`Donuz qripi`ndən qorunmaq üçün nə etməli? - Mütləq oxuyun

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu