Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9398
az

Aybaşının gecikməsi nə zaman ciddi qəbul edilməlidir?

10:4729 Yanvar, 2019
1091
  • A
 
Qadınlarda müxtəlif səbəblərdən aybaşının gecikməsi yaşana bilər. Mütəxəssislər ildə bir-iki dəfə aybaşı gecikməsinin normal ola biləcəyini, ancaq nizamsızlığın iki-üç ay davam edəcəyi təqdirdə həkimə müraciət etmək lazım olduğunu ifadə edir.

Aybaşı  gecikməsinin  bir  çox  səbəbi  ola  bilər:  hormonal  amillər, yumurtalıqların  xəstəlikləri,  stres,  ağır  məşq və  ya  çəkinin  həddindən çox artması. Aybaşı gecikməsinin səbəbləri arasında ən çox rast gəlinəni yumurtalıqda folikulun çatlamamasıdır.

Əslində  qadınların  bir  çoxu  ildə bir-iki dəfə bu kimi problemlər yaşaya bilərlər. Fizioloji olan bu vəziyyət bir neçə günlük aybaşı gecikməsinə gətirib çıxardığı üçün qadınlar tərəfindən çox zaman fərq edilmir.

Gecikmə zamanı ilk olaraq ağla gəlməsi lazım olan isə hamiləlikdir. Aybaşı gecikməsi fizioloji olan bu hallar istisna olmaqla yumurtalıqlarda inkişaf edən endometrioz kistaları, yumurtalıqların xoş və bədxassəli şişləri kimi patoloji hallarda da ola bilər. Bəzi hormonal tarazlıq pozğunluqlarında da ilk əlamət aybaşı gecikməsi şəklində ola bilər.

Aybaşının gecikməsi zamanı müalicə şəkli baş vermiş patoloji hala görə dəyişir. Tiroit hormonunun çatışmazlığı zamanı tiroit hormonu verilir. Prolaktin hormonunun yüksək səviyyədə olduğu hallarda ifraz kəsici dərmanlar verilir. Yalnız çəkinin azalması hallarında belə aybaşı nizamlana bilər.

Progesteron hormonu və ya hamiləlik əleyhinə dərman preparatı ilə də müalicə mümkün ola bilər. Davamlı ostrogen hormonunun təsiri altında qalan uşaqlıq daxilini örtən endometrium təbəqəsi hər ay nizamlı olaraq aybaşı şəklində atılmadığı üçün davamlı olaraq qalınlaşar. Uzun illər ərzində bu vəziyyət davam edərsə, uşaqlıq xərçənginin meydana gəlməsi riski artır. Bundan başqa, aybaşı gecikmələri müalicə edilməzsə, hamilə qalmaq gecikər və ya reallaşmaz. Aybaşı gecikməsinin səbəbi yumurtalıqdakı kista olarsa, bu zaman gecikmədən müalicə almaq vacibdir.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO