Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9363
az

Hansı kişilər daha tez prostatit olur?– Bu peşə sahibləri risk altındadır

10:3928 Yanvar, 2019
951
  • A
 
Əvvəllər prostatit 50 yaşından yuxarı və daha yaşlı kişilərdə aşkarlanırdısa, indi cavan və orta yaşlı kişilərdə də çox rast gəlinir.
 
Prostatit həm də bir peşə xəstəliyidir. Elə peşələr, sahələr var ki, orda çalışan kişilər daha tez prostatit ola bilər. Yəni, iş və maaşla bərabər prostatit kimi xəstəliyi də qazanan kişilərin sayı az deyil.

Medicina.az risk qrupuna daxil olanları araşdırıb.

Həkimlər

Gecə növbələri, stress, yuxu pozulması, az hərəkətlilik, zərərli vərdişlər, qeyri-düzgün qidalanma həkim kişilərdə erkən prostatitə səbəb olur. Maraqlısı odur ki, həkimlər özləri də simptomları, səbəbləri bilsələr də, təhlükə siqnallarına vaxtında fikir vermir, kolleqa uroloqlara müraciət etmirlər. Buna onların vaxtı da olmur. Prostatit xroniki formaya keçir, bundan sonra mürəkkəb müalicələr başlayır.

Ofis işçiləri – dizaynerlər, redaktorlar, bank işçiləri və s.

Bir sözlə, kompüter qarşısında günün 10 saatını əyləşən bütün peşə sahibləri kresloya əyləşməkdən prostat vəzini vaxtından əvvəl sıradan çıxarırlar. Prostat vəzi istini, hərəkətsizliyi sevmir. Oturaq işdə orda qan dövranı pozulur.

Sürücülər

Avtobus, taksi sürücüləri də qeyri-düzgün qidalanma, yorğunluq, oturaq həyatdan nəinki prostatit, həmçinin varikoz, ostexondroz, hemorroy da qazanırlar.

İdmançılar

İdman sağlamlıqdır. Amma bir çox idman növləri ilə peşəkar məşğul olanlarda – xüsusən velosipedçilərdə kiçik çanaq orqanları zədələnir. Üzgüçü, serferlərdə nəmişlik və soyuqdan cinsiyyət və uroloji orqanlarda erkən problemlər baş qaldırır.

Ona görə də bu peşə sahibləri digərlərinə nisbədən öz cinsi sağlamlıqlarına ciddi yanaşıb, ildə bir dəfə uroloq müayinəsindən prostatitə görə keçməlidirlər.
Prostatitdə özbaşına müaicələrə vaxt sərf  etməyin.

Oturaq işdə çalışanlar daha aktiv həyat keçirməli, çox gəzməli, qaçmalı, sağlam qidalanmalıdırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü