Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9120
az

Erkən boşalma xəstəlikdir - Həkimdən həyəcanlı çağırış

10:1121 Yanvar, 2019
1703
  • A
 
Erkən boşalma nədir ?
Erkən boşalma və ya erkən eyakulyasiya dedikdə cinsi əlaqənin, daha doğrusu eyakulyasiya prosesinin cinsi əlaqəyə qədər yaxud cinsi əlaqəyə başlayandan 1,5 – 2 dəq ərzində bitməsi halı başa düşülür. Başqa sözlə desək erkən boşalma eyakulyasiya prosesinin tənziminin pozulması ilə əlaqədar kişinin yaxud hər iki cinsi partnyorun kişidə tezləşmiş eyakulyasiya səbəbindən cinsi əlaqədən həzz ala bilmədiyi haldır. Erkən boşalma cinsi disfunksiyalar arasında ən çox rast gəlinənidir. Daha çox gənc yaşlarda müşahidə olunur. Cinsi zəiflikdə olduğu kimi, kişinin özünə güvən hissini azaldır, həyat keyfiyyətinə mənfi təsir göstərir. ( Erkən boşalmanın müalicəsi )

Erkən boşalma birincili və ikincili olmaqla iki forması vardır.

Birincili erkən boşalma dedikdə, ilkin cinsi həyata başlayandan müşahidə olunan erkən boşalma halı nəzərdə tutulur. Yəni, pasientdən soruşduqda ki, nə qədər vaxtdır özünüzdə erkən boşalma hiss edirsiz? , sualına məndə həmişə belə olub deyirsə deməli söhbət birincili erkən boşalmadan gedir. Əksər hallarda səbəbi cinsi orqan başının sinir həssaslığının yüksəlməsidir.  ( Erkən boşalmanın müalicəsi )

 
Erkən boşalmanın müalicəsi – mikrocərrahi denervasiya

Cinsi orqan başının sinir həssaslığının yüksəlməsilə əlaqədar olan ərkən boşalmanın ən efektiv və radikal müalicəsi cinsi orqan başının denervasiyası əməliyyatıdır. Cinsi orqanın başının dərisinin üst ( səthi ) qatlarında həssas sinir ucluqları ( reseptorlar ) vardır. Bəzi kişilərdə bu sinir ucluqlarının həssaslığı yüksək olduğu üçün cinsi əlaqə zamanı həddən çox qıcıqlanır, bu isə erkən başalma ilə nəticələnir. Nəticədə isə hər iki partnyor cinsi əlaqədən az həzz alır, kişidə özünə güvən və cinsi əlaqə marağı azalır, hətta depressiyaya düşür. Əməliyyata göstəriş olduğunu müəyyən etmək üçün mütləq lidokain sınağı yoxlanılmalıdır.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?