Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8759
az

Səhiyyə Nazirliyindən \"qızılca\" ilə bağlı RƏSMİ AÇIQLAMA

23:0509 Yanvar, 2019
762
  • A
Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir və bu günə qədər götürülən nümunələrdə qızılca və məxmərəyə yoluxma halları olmayıb.

Oxu24.com xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, qızılca və məxmərək xəstəlikləri yalnız laborator müayinələr əsasında təsdiq olunmalıdır:

“Hər hansı allergik səpkiyə "qızılca" demək olmaz. Biz daim səpkili xəstələrin laborator müayinəsinin aparılması, diaqnozun düzgün qoyulması üçün onlardan qan nümunəsi götürürük. Laborator müayinələr Taun Əleyhinə Stansiyada aparılır. Bu günə qədər həmin müayinə materaillarında qızılca və məxmərək virusları aşkarlanmayıb. Həmin müayinə materailları Moskvanın referens laboratoriyasına da göndərilir. Bununla da bizim laboratoriyamızın nəticələri və Azərbaycanda bu xəstəliklərin olmadığı təsdiqlənir”.

A.Əliyeva qeyd edib ki, Azərbaycan 2015-ci ildən qızılca, məxmərək xəstəliklərinin tam eliminasiya (ləğv edilmə) olunduğu ölkələr sırasındadır:

“Azərbaycanda nə yerli yoluxma, nə də gətirilmə halı yoxdur. Hazırda vəziyyət tam sabitdir, ölkədə bu viruslara bir yoluxma hadisəsi belə qeydə alınmayıb". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur