Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86
az

Bel çəkdirməklə hamilə qalmaq olar? -

22:2929 Mart, 2018
2658
  • A
Hər ailə quran cütlük övlad sahibi olmaq istəyir. Bəzi ailələrdə hamiləlik tez baş tutsa da bəzilərində müəyyən səbəblərdən ötrü alınmır. Bu zaman isə əksər qadınlar ya həkimə müraciət edir, ya da bəzi ara sözləri dinləyərək tibdənkənar üsullara əl atırlar.

Belə üsullardan biri isə əksər qadınların üz tutduğu bel çəkmədir. Bəzi evliliklərdə hətta qayınanalar gəlinləri bel çəkdirməyə məcbur edirlər. Bu üsulla tez bir zamanda qadının hamilə qalacağı düşünülür.

Bəs bunun elmi əsası varmı?

Milli.Az medicina.az-a istinadən bildirir ki, mövzu ilə bağlı açıqlama verən ginekoloq Ləman Əkbərova belə müalicə üsulunun heç bir effektinin olmadığını bildirib:
"Çünki belə diaqnoz tibdə yoxdur. Heç bir əsası olmadan durduq yerdə qadının belinin çəkilməyi yanlışdır. Qadın boş yerə vaxtını itirir. Lazımi olan müalicənin vaxtını gecikdirir. Belə ara həkimlərin tibdən, qadın anatomiyası və fiziologiyasından heç bir xəbəri yoxdur".
Mütəxəssis qadınların evliliyinin ilk 1-2 ayında hamilə qalmayan kimi müalicəyə başlamalarını da düzgün hesab etmir.

Bəs qadın nə zaman həkimə müraciət etməlidir?

Ginekoloq hansısa sağlamlıqla bağlı problemi olmayan qadının ilk 1 il gözləməli olduğunu vurğulayıb:
"Uşaqlığında problemi olmayan, gənc qadınlar ilk 6 ay və 1 il gözləyə bilərlər. Bədən bu zaman ərzində özünü yeniləyir. Hamilə qalmamaq normal sayıla bilər.

Dəfələrlə cinsi münasibətdə olduğu təqdirdə bir il ərzində heç hamiləlik olmayıbsa bu zaman sonsuzluğu düşünmək olar.


Əgər yaş 35-dən yuxarıdırsa və ya hansısa problemi varsa bu zaman vaxt itirmədən həkimə müraciət edilə bilər. Diaqnoza əsasən də müalicə başlaya bilər".

Ləman doktor bəzi həkimlərin də yanlış diaqnoz qoyduğunu bildirib.

"Normal olaraq qadınların çoxunda uşaqlıq önə doğru əyri olur. Qadınlar beləliklə asanlıqla hamilə qalırlar. Bu tamamilə normal haldır.

Bəzi həkimlər uşaq olmamağın səbəbini uşaqlığın əyilməsində görürlər. Uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır. Tibdə fiksə olunmuş əyriliklər deyilən termin var ki,bu zaman uşaqlığın əyriliyi sonsuzluğun səbəbi sayıla bilər. Fiksə olunmuş dediyimiz  əyriliklər boruların tutulmasına gətirib çıxara bilər. Bu zaman da yumurta hüceyrəsi boruya düşə bilmir.

Ancaq əsas olaraq qarın boşluğunda olan bitişmələr və ya uşaqlığın divarında olan hansısa törəmə sonsuzluğun əsas səbəbi sayılır.

Buradan görə bilərik ki, uşaqlığın əyriliyi sonsuzluğun səbəbi deyil, sonsuzluğa səbəb olan faktorun nəticəsidir", - deyə Əkbərova qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş