Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7676
az

Arvadının südünü içən kişi onun süd oğlu olur? - CAVAB

16:2905 Dekabr, 2018
1236
  • A
 
 
 Sual: Mən hamiləyəm. Bir neçə gün bundan əvvəl ərimlə cinsi yaxınlıq vaxtı mənə dedi ki, ağzıma süd getdi. Belə olan halda, yəni, arvadının südünü içən kişi onun süd oğlu olur?

Cavab: Ər-arvadın arasında belə bir şeyin baş verməyi normal bir haldır. Buna əsasən aralarında süd qohumluğu yaranmır və bir-birlərinə haram olmurlar.

Süd qohumluğunun yaranmağı üçün bir qadının 0-2 yaşın arasındakı bir uşağı qidalandırmaq məqsədilə əmizdirməyi lazımdır. Bir hədisdə deyilir ki, süd qohumluğu təkcə 2 yaş ərzində əmizdirilən südlə yaranır.1 Odur ki, belə bir halla üzləşən ər-arvad süd qohumu olmurlar.

Bu məsələ ilə əlaqədar olaraq İmam Malikin Muvatta adlı əsərində belə bir məlumat var:

“Bir adam gəlib Əbu Musa əl-Əşaridən soruşdu:

“Mən arvadımın döşünü əmdim, qarnıma süd getdi. Bunun hökmü nədir?”

Əbu Musa cavab olaraq: “Bu səbəbdən o qadın sənə haramdır”, – dedi.

Abdulla ibn Məsud da orada idi və sözə qarışdı:

“Necə fitva verdiyinə fikir ver!”

Əbu Musa: “Bu barədə sənin fikrin nədir ki?”, – deyə, soruşdu.

Abdulla ibn Məsud belə dedi:

“Haramlıq yaradan əmizdirmək işi ancaq doğumdan sonrakı 2 il ərzində olur”.

Bu sözdən sonra Əbu Musa dedi ki, bu böyük alim (Abdulla ibn Məsud) aramızda olduğu vaxt məndən bir şey soruşmayın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş