Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7331
az

Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?

11:2423 Noyabr, 2018
1367
  • A
 Elmdə çoxdan sübut olunub ki, qan qrupu ilə insan sağlamlığı arasında müəyyən əlaqə var.

Oxu24.com  medikforum-a istinadla xəbər verir ki, bir sıra elmi araşdırmalar sübut edib ki, 1-ci qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə digər qruplarla müqayisədə daha tez-tez təsadüf edilir.

Digər tərəfdən 1-ci qan qrupu olanlarda ürək-damar sistemi xəstəlikləri, damarlarda trombların əmələ gəlməsi və infarkın riski digər qruplarla müqayisədə daha azdır. Ürək-damar sistemi xəstəlikləri ölüm səbəblər arasında bütün dünyada birinci yer tutur. Bu səbəbdən daha möhkəm ürək-damar sistemi ilə seçilən 1-ci qan qrupu nümayəndələri adətən daha çox yaşayır və onların arasında uzunömürlülərin sayı daha çoxdur.

2-ci qan qrupu olanlarda atreoskleroz xəstəliyi, süd vəzi və ağ ciyər xərçəngi riski daha çoxdur. Bu qan qrupu olan insanlarda həmçinin qanın laxtalanma sistemi ilə bağlı olan xəstəliklərinə də tez-tez təsadüf edilir.

3-cü qan qrupu olan insanlar digər qan qrupları ilə müqayisədə urogenital infeksiyalara daha çox meyllidir.

Amerika nevrologiya akademiyası jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, 4-cü qan qrupu olan insanlarda demensiya, beyinin degenerativ xəstəlikləri, yaddaş və təfəkkür zəifləməsi kimi pozulmalara daha tez-tez təsadüf edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı