Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6617
az

Mədənizin qanadığını necə bilmək olar - ƏLAMƏTLƏR

17:0231 Oktyabr, 2018
778
  • A
 Mədə qanaxması – ağız, qida borusundan başlayaraq qalın bağırsağa qədər olan hissədə yaranan yara səbəbdən baş verən aktiv qanamadır.

Medicina.az xəbər verir ki, diqqət edilmədiyi təqdirdə təzyiq də aşağı düşə bilər və bu hal ölümlə belə sonlana bilər.

Bəs mədə qanaxmasının əlamətləri hansılardır?

Bu, qanamanın şiddətinə görə dəyişir. Az və xroniki qanaxmalar adətən anlaşılmaz, ancaq qanın azalması ilə əlaqədar olaraq sonrakı zamanlarda qanazlığı ilə müşahidə edilə bilər. Yüngül qanaxmalar adətən böyük tualet ehtiyacı zamanı xaricə çıxar və rəngi çox fərqli olmadığı üçün xəstənin mədə qanaxması yaşadığı fərq edilməz. Şiddətli xroniki və ya akut qanaxmalar zamanı isə tualetə gedərkən bu daha tünd rəngdə olur və görülməyi daha asandır.
Şiddətindən asılı olaraq qırmızı və qəhvəyi rəngdə qusma halları da baş verə bilər.

Xaric edilmiş tünd rəngli qan adətən üst qastrointestinal sistemdə meydana gələn qanaxmaya işarətdir. Bəzən incə və ya qalın bağırsaqdakı qanaxmaların nəticəsində də bu rəng ola bilər.

Mədə qanaxmasının səbəbləri nədir?

Səbəbi mədə divarında və qida borusunda yaranan səpkilərdir. Serroz kimi xronik qaraciyər xəstəlikləri səbəbindən qida borusunda yaranan problemlər də qanaxmanı meydana gətirə bilər. Spirtki içkilərdən, uzunmüddətli aspirindən istifadə, siqaret çəkmək mədə qanaxmasını yaradan risk faktorlarıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bu dərmanların istifadəsi xərçəng yaradır - Onkoloqdan SOS

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM