Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4591
az

Vaginal gəncləşdirmə “sağlamlığa zərərli ola bilər” - Tibbi maarifləndirmə

10:3518 Avqust, 2018
1762
  • A
 Mütəxəssislər, qadınların vaginalarını yenidən formalaşdırmaq və daraltmaq üçün etdirdikləri vaginal gəncləşdirmə əməliyyatlarının sağlamlığa ciddi şəkildə təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.

Amerikalı və britaniyalı mütəxəssislər, bəzi klinikalardakı "kosmetik müalicənin" yanıq, yara və təkrarlanan ağrılara səbəb ola biləcəyini söyləyirlər.

Vaginanı yenidən formalaşdırmaq əməliyyatı lazerlə vaginal toxumanın isidilməsi və sıxlaşdırılması yolu ilə həyata keçirilir.

Qeyri-cərrahi üsul, sadəcə nahar fasiləsində belə həyata keçiriləcək qədər qısa müddətli bir əməliyyat olsa da səlahiyyətli nümayəndələr bunun çox da etibarlı olmadığını ifadə edirlər.

Lazer və enerji əsaslı vasitələr uşaqlıq yolunda və ya vaginal toxumalardakı xərcəng önü hüceyrələrin, genital ziyillərin məhvində istifadə edilməsi üçün təsdiqlənmişdi. Amma bu vasitələr gəncləşdirmə üsullarında da istifadə edilir.

ABŞ Səhiyyə Nazirliyinin nəzdində olan Qida və Dərman Dairəsi (FDA) "faydaları sübut edilməyən təhlükəli proseduraların" yanlış şəkildə qəbul olunmasına qarşı tədbirlər görməyə davam edəcəklərini bildirib.

Bir çox klinikalar vaginal gəncləşdirmənin menopauza ilə bağlı narahatlıqlara, sidik qaçırmağa və ya cinsi narahatlıqlara yaxşı təsir etdiyini iddia edirlər.

FDA isə fəqrli düşünür: "Bu məhsulların çox böyük riskləri var və məqsədlərinə çatdıqlarını dəstəkləyən kifayət qədər fakt yoxdur. Qadınların zərər gördüyünə dair ciddi narahatlıqlarımız var" .

Gəncləşdirmə əvəzinə məşq tövsiyyəsi

Britaniya Estetik Cərrahlar Dərnəyinin üzvü, cərrah Paul Banwell də FDA-ya oxşar narahatlıqlar keçirir:

"Qadın sağlamlığına və qadınların cinsi sağlamlıqlarına artan bir maraq var. Bunun təşviq edilməsi, amma hər cür təlim və müalicə üsullarının şişirdilmiş, aldadıcı yollardan uzaq, həssas bir şəkildə təqdim olunması lazımdır."

Birləşmiş Krallıq Qadın Xəstəlikləri və Doğuş Mütəxəssisləri Birliyindən Dr. Vanessa Mackay "Əməliyyatsız vaginal gəncləşdirmə" vasitələrinin vaginal əzələləri gücləndirdiyinə və ya vaginal toxumanı yenidən formalaşdırdığına dair bir fakt yoxdur", deyərək əlavə edib:

"Qadınlar vaginaların görünüşündən və ya qoxusundan narahatdırlarsa bir səhiyyə nümayəndəsinə müraciət etməlidirlər. Amma hər qadın vaginasının bir-birindən fərqli olduğunu unutmamaq lazımdır. Vagina dodaqları (labia) həm görünüş, həm də rəng olaraq qadınlar kimi fərdi və özünə məxsusdur".

"Vagina ətrafındakı əzələlərin sıxlaşması üçün qadınlar döşəmədə çanaq sümükləri çevrəsini gücləndirəcək məşqlər (pelvik məşqləri) edə bilərlər. Bu, əzələlərin inkişafını təmin edir və seks zamanı həssaslığı gücləndirir".

Vagina quruluğu da hər qadının həyatının bir nöqtəsində qarşılaşdığı geniş, amma çarəsi olan bir narahatlıqdır.

Bunun menopauza, əmizdirmə, doğuş, cinsi əlaqədən əvvəl təhrik olmamaq və bəzi doğuş nəzarəti üsulları daxil bir çox səbəbi ola bilər.

Qadınlara vaginal quruluqla bağlı bir həkimə müraciət etməzdən əvvəl, vaginal nəmləndirici və özünün də edə biləcəyi sürüşkənlik yaradan üsulları sınaqdan keçirməsi tövsiyyə edilir.

Britaniya Krallığı Qadın Xəstəlikləri və Doğuş Mütəxəssisləri Birliyi əgər bu üsullar da təsir etmirsə, həkimlərin vaginal estrogeni tövsiyyə edəcəklərini söyləyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bu dərmanların istifadəsi xərçəng yaradır - Onkoloqdan SOS

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü