Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
203
az

Ana ölümünə görə direktor həbs edildi

13:2603 Aprel, 2018
1365
  • A
 Şəkidə baş verən ana ölümünə görə cinayət işi açılıb.

Baş Prokurorluqdan “Oxu24.com a verilən məlumata görə, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızının martın 28-də Şəki Regional Perinatal Mərkəzində keysəriyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində  zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.

Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseynovna şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Apreldə hansı qidaları yemək lazımdır? - SİYAHI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO