Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19737
az

\"Uşaqlar niyə qüsurlu doğulur?\"-Həkim-ginekoloqdan VACİB AÇIQLAMA

12:1512 Noyabr, 2019
2127
  • A
 
Məlum olduğu kimi, bir neçə gün öncə Bakıda ağzı olmayan qəribə körpə dünyaya gəlib. Körpənin görünüşü hər kəsdə təəccüb və sosial şəbəkələrdə marağa səbəb olub.

Bununla bağlı Sonxeber.az-a danışan həkim- ginekoloq Samirə Mənsimova uşağın anormal doğulmasını bir neçə amillərlə şərtləndirib. Belə ki, həkim ilk növbədə genetik faktorun və eləcə də yaşama arealını da məhz adı çəkilən anormallıqların yaranması faktına əlavə edib:
"Uşaqların qüsurlu doğulmasında ilk olaraq genetik faktoru göstərmək olar. Siflis və cinsi yolla keçən xəstəliklər də uşaqlara ən pis qüsurları verə bilər. Virus xəstəlikləri, hamilə olarkən ananın keçirdiyi qızılca və yaxud da məxmərək xəstəliyi də də körpənin anormal doğulmasına səbəb ola bilər. Uşağın ana bətnində olduğu müddətdə olduğu zonanın, yəni arealın da anormallığın yaranmasında rolunu danmaq olmaz".

Həkim- ginekoloq Samirə Mənsimova bildirir ki, Qəbələ rayonunda Sovet dövründə "RLS" var idi. Stansiya ətrafa şüa yayırdı. Buradakı şüalanma torpaq, hava, su və ətraf mühitə eyni zamanda canlı orqanizmə də öz mənfi təsirini ötürürdü. Həkim qeyd edir ki, belə şüalanma doğulacaq körpənin sağlamlığında fiziki və digər qüsurlar yaradırdı:

"Həmin dövrdə Qəbələ rayonunda böyük radiasiya olduğuna görə, orada qüsurlu körpələr dünyaya gəlirdi".

O, həmçinin Bakıda doğulan uşaqda olan anormallıq vəziyyətinə də açıqlama gətirib:
"Həmin uşaqda ya genetik-xromosom faktor var, ya da infeksiyalardan yaranmış vəziyyətdən belə anormallıq yaranıb. Cinsi yolla yoluxan infeksiyalar, yəni ananın ya hamilə olarkən, ya da ondan əvvəlki dövrdə yoluxduğu infeksiyalar buna səbəb ola bilər".
Samirə Mənsumova hamilə qadınların vaxtında həkim müayinəsinə gəlmədiyindən şikayətlənərək bildirib ki, əgər uşaqlarda qüsur varsa, bunu testlərlə aydınlaşdıra bilərlər. Həkim, onu da qeyd edib ki, hamiləliyin ilk həftələrində uşağın anormallığını müəyyən etmək olur. Bunun üçün isə ölkədə fəaliyyət göstərən tibb mərkəzlərində müəyyən analiz və testlər həyata keçirilir. Ehtiyac yarananda isə analizlər xaricə göndərilir:

"Biz qüsurlara görə "ikilik" və "üçlük" test var ki, ondan istifadə etməklə uşaqdakı anormallığı təyin edə bilirik. Ən birinci test, yəni ikilik test uşağın 12- 14- cü həftəsində bilinir. Əgər uşaqda talassimiya, daun sindromu varsa, bunlar həmin test vasitəsi ilə aşkarlanır. Uşağın 20- ci həftəsindən sonra dopler edirik. Dopler vasitəsilə dölün qan dövranına da baxmağa imkan verir. Hətta uşağın ürəyində problem varsa, dopler vasitəsi ilə bunu asanlıqla aşkarlamaq olur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu