Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17619
az

Tez-tez tualetə getmək xərçəng əlamətidir? - Həkimdən QORXUNC XƏBƏRDARLIQ

18:0006 Sentyabr, 2019
1118
  • A
 
Türkiyəli ginekoloq Emel Kurtoğlu Özdeşin sözlərinə görə, tez-tez sidiyə çıxmaq xərçəng xəstəliyinin əlaməti ola bilər.

Publika.az xəbər verir ki, yumurtalıq xərçəngi müəyyən edilməsi çətin olan qadın xəstəlikləri arasında yer alır. Həkimin sözlərinə görə, diaqnozu əsasən daha irəli mərhələdə müəyyən olduğu üçün qadınlarda ən çox ölümə səbəb olan xəstəliklərin başında gəlir. Ailə üzvlərində yumurtalıq və ya döş xərçəngi olan qadınların xəstəliyə yaxalanma riski daha yüksəkdir. Eyni zamanda, sonsuzluq, şokolad kisti ilə mübarizə aparan, siqaret istifadə edən və kök qadınlar da yumurtalıq xərçəngi riski daşıyır.

Yumurtalıq xərçənginin ən mühüm əlamətləri belədir:

Qarın şişkinliyi;

Yemək istəyinin az olması və ya tez doyma hissi yaşamaq;

Tez-tez sidiyə çıxmaq;

Təkrarlanan qasıq və ya qarın ağrısı.

Yumurtalıq xərçənginin əlamətləri

Bu şikayətlər son bir il ərzində ilk dəfə ortaya çıxıbsa və ya ayda 12 dəfədən çox təkrar edirsə, problemləri yaşayan xəstə vaxt itirmədən həkim müayinəsindən keçməlidir. Lazım görüldüyü təqdirdə xəstənin ginekoloji xərçəng cərrahiyyəsi sahəsində ixtisaslaşmış həkimə istiqamətləndirilərək lazımi müalicənin başlanması təmin edilir.

Erkən diaqnostika müalicə şansını artırır

Keçmiş dövrlərdə "səssiz qatil" kimi qəbul edilən və irəliləmiş mərhələlərdə müəyyən edilə bilən yumurtalıq xərçəngi xəstələrin yaşama şanslarını minimuma endirirdi, dövrümüzdə isə inkişaf edən müalicə üsulları və texnoloji yeniliklər yumurtalıq xərçənginin diaqnoz və müalicə şansını artırmağa başlayıb. Həmçinin illik ginekoloji müayinə və ultrasəs təkcə yumurtalıq xərçəngi üçün deyil, bütün pelvis orqanlarının da müayinədən keçməsi mühüm əhəmiyyət daşıyır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadının ən gizli orqanının sirri açıldı – Əslində bunun üçünmüş
Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır - ARAŞDIRMA
Bu xəstəlik cinsi yolla qadınlardan kişilərə keçir

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir