Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17219
az

Yayda sistit

18:5127 Avqust, 2019
500
  • A
Sistit - sidik kisəsinin selikli qişasının iltihabıdır. Bu xəstəlikdən daha çox qızlar və qadınlar əziyyət çəkir. Çünki qadın orqanizminin quruluş xüsusiyyəti xəstəlik törədən bakteriyaların asanlıqla sidik kisəsinə düşməsinə imkan verir. Statistikaya görə 15-60 yaş arası qadınların 15%-i həyatında heç olmasa bir dəfə sistit olublar.

Sistitin simptomları. Sistit zamanı ilkin olaraq sidik kisəsi nahiyəsində ağrı, tez-tez sidiyə getmə kimi əlamətlər müşahidə olur. Sidik bulanır, xoşagəlməz qoxusu olur, bəzən qan izləri görünür. Əfsuslar olsun ki, bu xəstəlik insanları daha çox yayda, məzuniyyət vaxtı narahat edir. Qadınlar sistit zamanı fiziki diskomfortla yanaşı psixoloji baxımdan narahat olurlar. Həyəcan hissi, ayaq yoluna tez-tez getmək ehtiyacı, əhval ruhiyyənin olmaması nəticədə yorğunluğa gətirib çıxarır. Biz məzuniyyətdən bunu gözləyirdik? Sistit uzunmüddət ərzində gözlənilən istirahəti körlaya bilər.

Sistitin səbəbləri. İnfeksiyaya şərait yaradan faktorlar zəifləmiş immunitet, soyuqlama, xroniki yorğunluq və şəxsi gigiyena qaydalarına əməl etməməkdir. Sırf yay aylarında səyahət zamanı sistitlə asanlıqla xəstələnmək mümkündür, çünki gündəlik rejimin dəyişməsi, uzun müddət nəqliyyatda olma gigiyena qaydalarına tam olaraq riayət etməyə imkan vermir. Xüsusilə dənizdə soyuq suda çimmək vəziyyəti daha da pisləşdirir. Demək olar ki, hamı çimdikdən sonra çimərlik geyimini dəyişmir. Bu halda bakteriyalar asanlıqla sidik kanalına, sonra da sidik kisəsinə keçə bilərlər.

Sistitin profilaktikası. Özünüzü qorumaq üçün hər dəfə dənizdə çimdikdən sonra duş qəbul edin. Sidiyə vaxtında gedin, çoxlu maye qəbul edin, hərəkətli olun, qəbizliyi aradan qaldırın, şəxsi gigiyena qaydalarına əməl edin. Sistitin müalicəsi zamanı iltihabı aradan qaldırmaq üçün bitki tərkibli, xüsusilə quşüzümü tərkibli əlavələrdən istifadə etmək tövsiyə olunur. Sistit zamanı vaxtında həkimə müraciət edin. Xəstəliyin müalicə kursu uzun müddətli deyil, amma vaxt itirsəz, xəstəlik xroniki hala keçəcək təkrar-təkrar sizi narahat edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəəzn kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur