Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17042
az

“Qıjı simptomu” nədir? – Qıjılıq bu analizlə təyin edilir

16:1222 Avqust, 2019
1131
  • A
 
"Qıjı” sözünü eşidən kimi yəqin ki, ilk növbədə fikrinizə el arasında işlədilən insan tipi gəldi. Biz isə sizdə elmi tibdə həqiqətən mövcud olan simptom barədə məlumat vermək fikrindəyik.

Qıjı simptomu ("simptom paporotnika”) ginekoloji termin olub, uşaqlıq boynunun selikli qişasının kristallaşmasıdır.

Medicina.az xəbər verir ki, qadınlarda menstrual tsiklin 7-8-ci günündə servikal selikdən nümunəyə mikroskop altında baxsaq, orda qıjıotunun yarpaqları formasında mənzərə görülür. Elə bu görünüşünə görə, bu sindroma "qıjı” adı qoyulub.

Ovulyasiya anında qıjıkimi görünüş daha da maksimal həddə çatır. Bu görüntü xlorid natrium duzlarının selikli qişaya yapışaraq, kristallaşması ilə alınır.

Kimlərdə olur:

Menstruasiya görməyə başlayan qızlarda və qadınlarda. Daha çox estrogen hormonu yüksək olanda müşahidə edilir.
Getdikcə tsiklin sonuna yaxın azalır və itir.

"Qıjı” simptomunun aktivliyi qadınlarda sonsuzluq, hamiləlik və hormonal problemlərdə yumurtalıqların vəziyyəti və orqanizmdə estrogenin nə səviyyədə olmasınını göstərir.
 
Analiz üçün:

Uşaqlıq boynu kanalından selik materialı götürülür. Mikroskop altında kristallaşmaya baxılır. Eləcə də əgər selik 6-7 sm uzunluqda dartıla bilirsə, deməli orqanizm estrogenlə kifayət qədər doyub.

Sonsuzluq problemlərində follikul yetişməzliyi və sarı cisim yaranmadıqda, estrogen hormonunun miqdarının təyini vacibdir.
Estrogenin dəyişməsi prosesi ktistallaşmasını, yəni qıjı simptomunu artırır.

 Qıjı sindromu analizi ilə ginekoloqlar yumurta hüceyrənin tsiklin hansı günündə çıxışını və estrogenlə progesteronun bir-birinə təsiri və miqdarını təyin edə bilər.

Qıjı yarpaq görüntüsündə dalğavari xarakter aşkar olunursa, yumurtalıqların funksiya pozğunluğu diaqnozu qoyulub, müvafiq hormonal müalicə təyin edilir.

Azərbaycanda bu müayinə və analiz aparılır və ginekoloqların sonsuzluq, yumurtalıqların problemi  və ovulyasiya diaqnostikasında istifadə etdiyi metoddur.
Odur ki, Qıjı və qıjıkimilər heç də göydəndüşmə söz deyil və elmi cəhətdən onun də izahı var. Amma elmi tibbi baxımdan bu termini kişilərə aid etmək olmur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadının ən gizli orqanının sirri açıldı – Əslində bunun üçünmüş
Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır - ARAŞDIRMA
Bu xəstəlik cinsi yolla qadınlardan kişilərə keçir

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Pensiya alanların NƏZƏRİNƏ - Artımlar...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR