Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16609
az

Bu xəstlik kişilərə qadınlardan keçir

16:2009 Avqust, 2019
1524
  • A
 
Qonoreya – cinsi yolla ötürülən, yəni kişidən qadına, qadından kişiyə, eləcə də eyni cinsli insanların intim əlaqəsi zamanı yoluxdurulan geniş yayılmış və fəsadları çox olan zöhrəvi xəstəlikdir.

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il dünyada 78 milyon insan qonoreyaya yoluxur. Daha çox qadınlar bu infeksiyanın əsirinə çevrilir, çünki virus uşaqlıq, yumurtalıqları zədələyir, sonsuzluq və boru  hamiləliyinə səbəb olur.

Oxu24.com  xəbər verir ki, qonoreyanı törədən oyadıcı bakteriyalar müalicədə istifadə olunan antibiotik dərmanlara uyğunlaşmaq və onlara davamlı olmaq qabiliyyətinə malikdir.

Qonokokk bakteriya çox tez antibiotikə uyğun mutasiyaya uğrayaraq, müalicəyə tabe olmur və yeni növə çevrilir. Ona görə bu xəstəliyi müalicə etmək getdikcə çətinləşir.

Orta əsrlərdə təbiblərin qonoreyanı sifilislə səhv salmaları, bu xəstəliyə yoluxmuş insanların tədricinə səbəb olurdu və müalicəyə inam yox idi. Ona görə epidemiya pik həddinə çatmışdı.

Müstəqil xəstəlik olaraq XVIII əsrdə alman həkimi Qunter tərəfindən differensasiya edilmişdir.
Lakin oyadıcı bakteriyanı kəşf edib təhlil edən ilk alim alman Neyser hesab edilir.
Ötən əsrin 30-cu illərinə kimi dərmanlar olmadığından həkimlər qonoreyanı müxtəlif antiseptik məhlullarla müalicəyə cəhd edirdilər:marqans, bor turşusu və s.

Yalnız antibiotiklər icad olunandan sonra qonoreya penisillinlə və streptomisin ilə müalicəyə tabe oldu.
1960-cı illərdən həkimlər müşahidə etdilər ki, qonoreya getdikcə antibiotiklərə tabe olmur, yeni ştammları yaranır, ona görə mövcud preparatlar təsirsizdir. Ona görə dünyada hər 5 ildən bir qonoreyalara qarşı yeni dərmanlar hazırlanır.

Hazırda istifadə olunan seftriakson belə təsrini itirməkdədir, alimlər hesab edir ki, yaxın 10 ildə qonoreyanın yeni ştamlarının epidemiyası pik olacaq, çünki hələ yeni dərmanlar kəşf olunmayıb.

Əlamətləri:

-Kişilərdə yoluxmadan 1 həftə sonra, qadınlarda 10-12 sonra özünü göstərməyə başlayır
-Kişilərdə: sidik ifrazı zamanı ağrı, uretradan ağ-sarımtıl xama kimi axıntı
-Qadınlarda: qarının aşağısında ağrı, axıntı, menstruasiya arası qanaxma

-İrinli axıntının kəskin xoşagəlməz qoxusu var
-Qadınlar bəzən simptomları sistit və kandidozla səhv salır, buna görə qonokokk daxili orqanlara yayılır.Qonokokk infeksiyanın belə yayılması çox təhlükəlidir, çünki ürək, beyin, oynaqlar, qaraciyərə toxuna bilir.
 


Müalicəsi

Uroloq, ginekoloq tərəfindən analiz, USM və bakterioloji yaxma ilə diaqnoz qoyulur. Əgər ərdə tapılıbsa, arvadı və ya əlaqədə olduğunu bütün partnyorlar müalicəyə cəlb olunmalıdır.

Antibakterial, immunitet artırıcı dərmanlar, infeksiya əleyhinə preparatlar və fizioterapiya təyin edilir.
Müalicə 1-2 ay çəkə bilər, təkrar müayinələr vacibdir.

Qorunmaq üçün:

Hələ ki, peyvənd yoxdur, yeganə yol ötəri, tanımadığınız insanlarla qorunmasız cinsi əlaqədən qaçmaqdır. Lateks prezervativlər daha etibarlıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir