Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16412
az

\"Qara yara\" torpaqdan da yoluxur\" - Agentlik

20:4602 Avqust, 2019
602
  • A
Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara" xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, "qara yara"dan şübhələnmək lazımdır: "Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Lakin "qara yara" xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik".

R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur: "Zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. "Qara yara" xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da bu xəstəliyə yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda hansısa cızıq olanda "qara yara"ya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona bu virusu iynə ilə vursan da, qarayaraya yoluxmur". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Pensiya alanların NƏZƏRİNƏ - Artımlar...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR