Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15957
az

Böyrək təzyiqi: Sizdə bu əlamətlər varsa

11:0221 İyul, 2019
7021
  • A
"Böyrək xəstəlikləri ən gizli keçən xəstəliklər qrupuna aiddir. Uzun müddət özünü heç bir simptomla büruzə vermir. Amma qan təzyiqinin yüksəlməsi böyrək xəstəliyi üçün ilkin əlamət və işarə ola bilər".

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, bunu nefroloq, tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov deyib. Mütəxəssis bildirib ki, böyrək mənşəli təzyiqin bəzi xüsusiyyətləri var. Bu zaman qan təzyiqinin daha yüksək olması daha ciddi fəsadlara səbəb olur. Onun sözlərinə görə,  

böyrək mənşəli təzyiq özü də çox zaman gizli olduğuna, hər hansı əlaməti olmadığına görə,  "səssiz qatil" də adlandırılır: "Təsadüfən insan təzyiqini ölçəndə 150, 160, hətta 200 təzyiqinin olduğunu bilir. Bu hətta heç bir şikayət olmaya-olmaya baş verir".

Həkim vurğulayıb ki, baş ağrısı, başgicəllənməsi, ürək bulanması, burun qanaması kimi hallar tez-tez təkrarlananda mütləq təzyiqi ölçmək lazımdır.
E. Fərəcov böyrək mənşəli təzyiqin digər əlamətləri, səbəbləri, yaratdığı fəsadlar, hansı addımları atmağın vacibliyi barədə də danışıb. Onun fikirləri ilə tam şəkildə videoda tanış ola bilərsiniz.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO