Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15950
az

Hamilə qadında skolioz varsa...

20:2120 İyul, 2019
1059
  • A
Hamiləliyi planlaşdırdıqda skoliozun dərəcəsini bilmək çox vacibdir.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin açıqladığı məlumatda bildirilir ki, skolioz ilk mərhələlərdə (1-ci və 2-ci) daxili orqanların fəaliyyətinə təsir etmir. Lakin skoliozun 3-cü və xüsusilə də 4-cü mərhələsində onurğanın deformasiyası nəticəsində ürək və ağciyər öz fizioloji yerləşməsini dəyişir ki, bu da onların fəaliyyətinə mənfi təsir edir.

hamiləlik zamanı qadının tənəffüs və ürək-damar sistemi güclü yükləmələrə məruz qalır. Skolioz nəticəsində fəaliyyəti pozulmuş bu sistemlər üçün belə yükləmələr hədsiz dərəcədə ağır ola bilər ki, bu da qadının sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yarada bilər.

Bu səbəbdən 3-cü və 4-cü dərəcəli skoliozu olan qadın hamiləliyini mütləq planlaşdırmalı və əvvəlcədən ginekoloqun, terapevtin və ortopedin müayinələrindən keçməlidir.

Hamiləlik zamanı bel ağrılarından hətta sağlam qadınlar əziyyət çəkir. Bu, böyümüş uşaqlığın onurğaya olan təzyiqi ilə bağlıdır. Skoliozdan əziyyət çəkən qadınlarda bu ağrılar daha da şiddətli, dözülməz olur. Bu zaman xüsusi bandajların taxılması, qoruyucu rejim kömək edə bilər.

Skoliozun yüngül formalarında təbii doğuş mümkündür, lakin daha ağır formalarında qadına qeysəriyyə kəsiyi təyin oluna bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş