Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12709
az

Kişilərin dəhşətli bəlası

18:3003 May, 2019
1579
  • A
 
"Bu ağrılar məni lap təngə gətirib. Tez-tez sidiyə gedirəm. Halım hər gün daha da pisləşir. İştaham tamamilə yox olub. Yuxusuzluqdan əziyyət çəkirəm" kimi şikayət edən az kişi yoxdur. Bunlar prostat vəzinin yaratdığı fəsadlarıdr.

Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, hazırda prostat vəzi şişindən dünyasını dəyişən kişilərin sayı ağciyər xərçəngindən sonra ikinci yerdədir. Prostat vəzi ifrazedici vəzi ünsürlərindən, əzələ liflərindən və birləşdirici toxumadan ibarətdir. O orqanizmdə qoruyucu funksiyanı yerinə yetirib, hormonların miqdarını daim qaydada saxlayır. Prostat vəzinin şişi də bu hormondan asılıdır. O, gedişatına görə, iki hissəyə bölünür: yavaş və bədxassəli. Bəzən şiş yavaş-yavaş inkişaf edir. Bu halda o uzun illər özünü büruzə vermir. Bəzənsə, şiş tez metastaz verir. Belə şişin digər orqanlara yayılma təhlükəsi də yüksəkdir.

Xəstəliyin məkanı: sidik kisəsi, prostat vəzi, çanaq.

Əgər sizdə...

Qarın aşağısında ağrılar, sidiyə gedərkən narahatlıq, göynəlti, sidikdə qan varsa, çanaq, bud, onurğa, sinə nahiyəsində ağrılar olursa, sümükləriniz sızıldayırsa, demək siz, prostat vəzi şişindən əziyyət çəkirsiniz. Xəstəlik zamanı qəfil arıqlama, zəiflik, dərinin ağarması kimi hallar da müşahidə edilir. Xəstəliyə düçar olan insanlar daim yorğun olurlar, hərarətləri yerli-yersiz qalxır.  

Səbəb nədir?

Bu xəstəliyin yaranma səbəbləri hələ də tam öyrənilməyib. İlkin mülahizələrə görə şişin yaranma səbəbi hormonal dəyişikliklər, kişi cinsi hormonunun - testosteronun səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Xəstəliyin yaranma səbəbləri arasında yaş həddinin də rolu böyükdür. Bu xəstəliyə daha çox 45 yaşdan sonra olan kişilərdə rast gəlinir. Böyrəklərdə daş olması da prostat vəzi şişinə gətirib çıxarır. Cinsi əlaqədə az və ya həddindən çox olmaq, xroniki, zöhrəvi və uroloji xəstəliklər də prostat vəzi şişinə gətirib çıxaran amillərdəndir.

Kimlər risk altındadır

· Vaxtlı-vaxtında qidalanmayanlar
· Düzgün pəhriz saxlamayanlar
· Oturaq iş rejimində işləyənlər və az hərəkət edənlər
· Qəbizlikdən əziyyət çəkənlər
· Stress
· Həddindən artıq fiziki işlə məşğul olanlar
· Siqaret çəkənlər
· Prostat vəzi adenomasından əziyyət çəkənlər
· Nəsildə kimdəsə prostat vəzi xərçəngi olanlar
· Təmiz havada az gəzənlər
· İdmanla çox məşğul olanlar
· Sistit xəstələri

Xəstəliyin dəhşətli fəsadları:
Çox vaxt insanlar orqanizmdə yaranan naməlum ağrılara, sidik kisəsindəki göynərtilərə əhəmiyyət vermirlər. Elə buna görə də kiçik problem böyüyərək, şişə çevrilir. Müalicəsiz qalan xəstəlik insan həyatı üçün çox təhlükəlidir. Əgər şiş əllə toxunulanda hiss olunursa, demək, xəstəliyin müalicəsi gecikdirilib. Əgər prostat vəzidəki şiş  vaxtında çıxarılmasa metastazlar (əlavə şişlər) əmələ gələr. Belə halda onun sümük, ağciyər, qaraciyər xərçənginə çevrilmə ehtimalı yüksəkdir. Hətta metastazlar böyrəküstü vəzə də yayılacaq. Bu da ölümlə nəticələnə bilər. Prostat vəzi şişi sonsuzluğa gətirib çıxarır. Əgər şiş çox böyüyərsə, sidik kanalını tamamilə bağlayar.

Müalicə necə aparılmalıdır?

Müalicə üç üsulla aparılır: operativ, medikamentoz və şüa müalicəsi. Şiş metastaza çevrilmədiyi halda operativ müalicə üsulundan istifadə edirlər. Medikamentoz müalicə hormonlarla aparılır. Hormonal preparatlar qandakı testosteronun miqdarını qaydaya salır, bu da şişin inkişaf sürətini azaldır. Hormonlarla müalicə xəstəliyi tamamilə aradan qaldırmasa da, onun inkişafının qarşısını alır, xəstənin halını yaxşılaşdırır. Amma hormonal preparatları özbaşına qəbul etmək olmaz. Çünki onlar arterial təzyiqin yüksəlməsinə və bir çox problemlərin yaranmasına səbəb olur. Şüa terapiyası isə şişin metastaza keçməsinin qarşısını alır və xəstənin ömrünü uzadır. Ümumiyyətlə, prostat vəzinin şişini dərman müalicəsi ilə tamamilə aradan qaldırmaq mümkün deyil. Onu yalnız cərrahi üsulla sağaltmaq olar.

Profilaktik tədbir:

Prostat vəzinin şişi zamanı soyuq havada, oturaq vəziyyətdə çox qalmamalısan. Ən əsası siqaret çəkməməlisən. Vitamin və minerallarla zəngin qidalardan çox istifadə edilməlidir. Qida rasionundan mütləq tərkibində nişasta və şəkər olan ərzaqları yığışdırmalısan. Yemək zamanı qətiyyən su içmək olmaz. Ədviyyatlı, tərkibində istiot olan sous, pendir, yumurta, yağlı yeməklər yemək, qaynar çay və kofe içmək qadağandır. Xəstəlik zamanı tez-tez xırda doğranmış soğan yemək xeyirlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər – Gecə bu saatda oyanmaq...
Bu əlamətlər varsa, ağ ciyər xərçəngindən ŞÜBHƏLƏNİN
Çox tərləyən adamlarda bu xəstəliklər var - DİQQƏT!

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO