Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12331
az

Bədən çürüyür,burun düşür,barmaqlar əyilir - Azərbaycanda bu xəstələr xüsusi ərazidə yaşayır

10:1324 Aprel, 2019
5657
TİBB
  • A
 
Əyilən barmaqlar, itirilən hissiyat, hər tərəfi yara və çürüyən bədən… Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi..

Cüzam deyəndə gözümüzün qarşısında təxminən belə bir xəstəlik canlanır. Əsrlərdir insanların qorxub, çəkindiyi bu xəstəlik günümüzə qədər gəlib çıxan ən dəhşətli infeksiya hesab olunur. Cüzam insanda yaranan xroniki infeksion xəstəlikdir. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılmışdı. Xəstəlik 3000 illik tarixə malikdir. Hazırda ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən insanlar var.

Bu xəstəlik keçici olduğundan insanlar cüzam adı gələndə diksinirlər.

Yəqin elə buna görə xəstəliyin daşıyıcılarını çox zaman valideynləri, ən yaxın qohumları da qəbul etmir, onunla adi təmasdan da çəkinirlər.

Xəstəlik haqqında və yaranma səbəbləri barədə respublikanın baş dermatoloqu Zülfüqar Hacıyev Modern.az-a danışıb

"Azərbaycanda cüzam xəstələri üçün xüsusi xəstəxana fəaliyyət göstərir. Hazırda Respublika Cüzam  Xəstəxanasında 50-60 arası xəstə müalicə alır. Xəstəliyi yüngülləşdirmək üçün davamlı müalicələr aparılır. Lakin cüzamdan birdəfəlik qurtulmaq mümkün deyil. Bu xəstəlik əsasən pis qidalanma, avitaminoz, antisanitariya şəraitdə yaranır. Xəstəliyin törədicisi vərəm xəstəliyinin törədicisi ilə oxşardır. Xroniki xəstəlik hesab olunur və müxtəlif tipləri var. Lepramatoz cüzam ən ağır növ hesab olunur. Xəstəlik yoluxucudur. Uzunmüddətli kontakdan yaranır. Əsasən boğaz nahiyyəsində, ağızın selikli qişasında xəstəliyin ocaqları yerləşir. Ailə üzvlərinin biri xəstəlik daşıyıcısıdırsa, digər üzvlərə də hava vasitəsilə keçə bilər. Xəstəlik qadın və kişilərdə eyni miqdarda rast gəlinir. Adətən xəstəlik orta yaşlı insanlarda daha çox aşkar edilməkdədir ”.


Həmçinin oxu:  Sumqayıtda məktəbli qız dünyaya uşaq gətirib? - ŞOK İDDİA

Mütəxəssislər deyirlər ki, bu xəstəlik sinirlərdən tutmuş sümüklərə qədər bütün dayaq hərəkət sistemini zədələməklə daxili orqanlarda da müəyyən dəyişikliklər yaradır.  

İlkin mərhələdə dəridə müəyyən ləkələr, şişkinliklər əmələ gəlir, hissiyyat itir, həmin nahiyələrdə tər ifrazı yox olur. Ağrılar o dərəcədə olur ki, xəstələr tərkibində narkotik maddə olan dərman preparatlarından istifadə edirlər.

Cüzam xəstələri ilə işləmək də həkimlər üçün riskli hesab olunur. Həkimlər deyirlər ki, xəstəlik təzə başlayanda özünü biruzə vermir, yoluxmadan 5, bəzən 15, 20 ildən aşkarlanır. Xəstəliyin üzə çıxması insanın immun sistemindən asılıdr.

Azərbaycanda yeganə Cüzam Xəstəxanası Bakının Qaradağ rayonu ərazisindəki Umbakı qəsəbəsinin yaxınlığında yerləşir. Burada müalicə olunan və elə xəstəxana ərazisindəcə yaşayan cüzamlı xəstələr dərmanla pulsuz təmin edilirlər.
Bu xəstəlikdən əziyyət çəkənlərin psixikasında da dəyişikliklər olduğundan onlara qulluq etmək çox çətindir.

Cüzam insanı hər bir yaşda yaxalaya bilər – uşaq da, gənc də, yaşlı da cüzamdan sığortalanmayıb. Xəstəliyə yoluxanlar cəmiyyətdən, yaxınlarından təcrid olunmuş şəraitdə - Cüzam Xəstəxanasında yaşayır, elə burada da dünyasını dəyişirlər.

Oxu24.com Azərbaycanda Cüzam xəstələrinin yaşadığı ərazidən video reportajı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

İtə görə iki ölkə axtarışa başladı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR