Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12002
az

Melisa çayının faydaları

20:4115 Aprel, 2019
700
  • A
Melisa nanəkimilər fəsiləsinə aid olan bitkidir. Melisanın dəmləməsindən sinir sistemi xəstəliklərində geniş istifadə edilir. Onun limona bənzər qoxusu var, yağı güclü antibakterialdır.

Oxu24.com bildirir ki, melisanın dəmləməsi sakitıəşdirici, stress əleyhinə, yuxugətirici və s. təsirə malikdir. Aşağıdakı faydalı xüsusiyyətləri vardır:
- yuxu problemlərini aradan qaldırır
- əsəbləri sakitləşdirir
- stressi aradan qaldırır
- mədə narahatlıqlarını azaldır
- bağırsaq xəstəliklərində müalicəvi təsirə malikdir
- qaz çıxardıcı təsir göstərir
- tempraturu aşağı salır
- tərlədici təsirə malikdir.
Melisa çayı necə dəmlənir?
Yarım litr su qaynadılır, odun üzərindən götürülüb içərisinə 10 qram qurudulmuş melisa atılır. 10-15 dəqiqədən sonra çay içilməyə hazır olur.
Melisa çayı bakteriasid təsirə malik olduğu üçün dəri xəstəliklərini müalicəsində da geniş istifadə edilir. Dəri xəstəlikləri zamanı onun həm dəmləməsindən, həm də kompresindən istifadə edilir.
Melisa sakitləşdirici çaydır. Onu həddindən artıq içmək olmaz. Əgər siz yuxu dərmanı qəbul edirsinizsə, onda sizin melisa çayı içməyinizə ehtiyac yoxdur. Hamiləlik və uşaq əmizdirmə dövründə melisa çayını içmək lazım gəldikdə, mütləq həkimlə məsləhətləşmək lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir