Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11675
az

Nəcisdə qida qalığı və ya qan izləri nəyin əlamətidir – Qida pozulması, yoxsa xərçəng?

16:5105 Aprel, 2019
1879
  • A
 
Bu gün saytımıza ünvanlanan çoxsaylı sualların içində nəcisdə qan görülməsi ilə bağlı suallar üstünlük təşkil edir.

Çox insanlar bu halı utanaraq doğmaları ilə bölüşmür, gizlədir,həkimə getməkdən çəkinir. Vəziyyətin düzəlməsini gözləyənlər isə sonradan çıxılmaz nöqtəyə gəlirlər.

Medicina.az xəbər verir ki, çox zaman nəcisdə piy, həzm olunmamış yemək qalıqları və qan ciddi patologiyalardan, bağırsaq, öd və qaraciyər xəstəlikləri, ən azından həzm pozulmalarından xəbər verir.

Nəcisdə sistemin dəyişikliklər, normadan kənara çıxmalar – istər forması, istər tərkibi, istər rənginə görə, hətta mədə və mədəaltı vəzinin də xəstəliklərindən qaynaqlana bilər.

Əgər stulda qan görünürsə, bu artıq ciddi siqnaldır. Öz bədənindən qan gəldiyini görən və buna biganə yanaşan insan həyatı ilə oynayır desək yanılmarıq.
Nəcisdə yalnız defakasiya zananı al rəng gəlməsi – düz bağırsağın anal çatı, babasildən tutmuş düz bağırsağın şişlərinə kimi gedib çıxa bilər.

Hansı həkimə müraciət etməli?

Nəcisdə istənilən normadan kənara çıxma və qan görünən zaman pasiyent ilk növbədə terapevtə müraciət edib, müvafiq analizlər verməli. Daha sonra ixtisaslı həkimlərə - proktoloq, qastronenteroloqa dərin müayinələr üçün üz tuta bilər.

Qanaxmanın səbəbini bilmək üçün bütün mədə-bağırsaq sistemi yoxlanmalıdır: istər aparatlarla, istər qan analizləri ilə.
Bağırsağın digər şöbələrində yarana biləcək qanaxma, qansızma, şişləri ilk növbədə təyin etmək üçün nəcisdə gizli qan analizi adlanan analiz verilməlidir. Əgər laboratoriya nəcisdə gizli qan, yəni hemorroy və çata bağlı olmayan qan izləri aşkar edərsə, o zaman kolonoskopiya qaçılmazdır.

Nəcisin rəngi: nə vaxt problem olur?

Nəcisin rənginə öd təsir edir. Normalda rəng tünd –orta qəhvəyi rəngdə olmalıdır. Qidalanmadan asılı olaraq rəng qısa müddətə dəyişə bilər. Məsələn, qırmızı ərzaqlar yedikdə qırmızı rəng ola bilər.  Yaşıl və ya sarı rəng qidanın bağırsaqdan tez keçdiyini, yaxşı sovrulmadığını göstərir.  Əgər öddə problem varsa, qalın bağırsaqda öd lazım olan vaxtda olmur deyə, rəng piqmentinə təsir edə bilmir.  Ona görə nəcisin rənginin öd olmadan formalaşması o deməkdir ki, kütlə bağırsaqlardan çox sürətlə keçib.

Qara rəng 2 halda olur: ya insan çox miqdarda dəmir maddə qəbul edib, ya da mədə-bağırsaq sisteminin hansısa hissəsində qanama var. Bu da qastritdən, xoradan, kolit, müxtəlif bağırsaq xəstəliklərindən ola bilər.

Bir çox qida əlavələri və dərmanlar da nəcisin rənginə təsir edir. Dərman qəbulundan sonra belə hal baş verirsə, bu barədə dərmanı təyin edən həkimə məlumat verin.

Həzm olunmamış qida qalıqları

Bir çox məhsullar, qidalar var ki, məsələn, qarğıdalı, nar, meyvələrin qabığı, toxumlar həzm olunmamış formada nəcislə xaric ola bilir. Bu normaldır.  Əgər nəcis çox duru, sıyıq formasındadırsa, deməli, qida qalın bağırsaqda çox qalıb.  Bunun qarşısını almağın bir yolu çiy meyvə-tərəvəz qəbulunu azaltmalı, yüksək lifli qidalar –yarmalar, kök, alma püresi, düyü, banan yeməlisiz.

Ümumiyyətlə, insan üçün evdə özündə hər hansı dəyişikliyi görmək üçün ideal yol – sidik və nəcisdə dəyişiklikləri izləməkdir. Nəcis bütün mədə-bağırsaq sisteminin güzgüsüdür. Əgər normal forma, rəng, qatılıq yoxdursa, deməli, mədəaltı vəzidən tutmuş düz bağırsağa kimi tam müayinədən keçməlisiniz.

#Tibbi_xeber #hekimler #xerceng Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ