Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11600
az

Venoz çatışmazlıqda cinsiyyət orqanının oyanması çox tez baş verir - Kişilər üçün vacib yazı

15:5403 Aprel, 2019
2627
  • A

Cinsi zəiflik gündən günə kişilərin əsas probleminə çevrilir. Bu hal kişilərdə bir neçə səbəbdən əmələ gələ bilər - endokrin, medikamentoz, yerli, nevroloji, damar və s. Damar mənşəli cinsi zəiflək daha çox rast gəlinəndir. Bilirik ki ereksiya zamanı cinsiyyət orqanına arterial qanın axını kəskin artır, venoz qanın axını isə kəskin azalır. Ona görə də damar mənşəli cinsi zəifliklər iki yerə bölünür-arterial və venoz. Arterial pozğunluqlarda ereksiya çox gec, ağır əmələ gəlir, natamam olur.  

Venoz çatışmazlıqda cinsiyyət orqanının oyanması çox tez baş verir, ereksiya normal olur,amma çox tez, bəzən cinsi aktı natamam qoyaraq başa çatır. Belə hallar endarteriit, iri arteriyaların və aortanın aterosklerozu, aortanın anevrizması, venaların varikoz genişlənməsi, aralığın travmaları zamanı ola bilər. Ümumiyyətlə mən bir qədər ətraflı ereksiya zamanı damarlarda baş verən dəyişikliklər haqdında danışmaq istərdim. Penis cinsi əlaqə üzvlərindən olub, xüsusi vəzifə icra etdiyi üçün ereksiya zamanı öz şəklini, həcmini, ölçülərini, vəziyyətini dəyişir. Sükut halında penisin uzunluğu  təxminən 9-10 sm, dairəsi 9 sm, şəkli silindrəbənzər və konsistensiyası yumşaq olub, xayalığın önündə aşağı doğru sallanır. Ereksiya halında uzunluğu  təxminən 14-16 sm və dairəsi 12 sm çatır. Penisin ereksiya halına gəlməsi mağaralı cısımlərin və orada olan arterial damarların quruluşundan asılıdır. Mağaralı cisimlərin arteriyalarının divarlarında həlqəvi və boylama saya əzələ lifləri artıq dərəcədə inkişaf etmişdir. Boylama liflər toplaşaraq müəyyən miqdarda zolaqlar əmələ gətirir, bu zolaqlar qan axınının əks tərəfində yerləşərək qapaq vəzifəsini görür.
Penis sakit halda olarkən bu damarlardan qan orta sürətlə axır, çünki arterial damarların divarlarında olan yastıqlar və mağaralı cisimlərin atmalarında olan əzələ lifləri müəyyən tonusda olur. Əyər damargenəldici sinir lifləri qıcıqlanarsa,həmin əzələ lifləri və yastıqlar tonuslarını itirərək boşalır və arteriyalar genəlir. Nəticədə arterial qan sürətlə penisin mağaralı cisimlərinə axmağa başlayır, orada olan mərkəzi böyük mağaralar qan ilə dolur və təzyiq olduqca artır. Bununla bərabər mağaralı cisimlərin xarici səthinə yaxın sahələr daxildə olan qan təzyiqi nəticəsində ağlı qişaya sixılır, ağlı qişa artıq dərəcədə gərginləşərək  onu dələn venaları sıxır və nəticədə onların mənfəzləri tutulur. Bundan əlavə penisin arxa venası qasıq bucağına sıxıldığı üçün venoz qan oradan çətinliklə axmağa başlayır və penisin dərin venası sidik-cinsiyyət  diafraqmasının yığılmasından tamamilə tutulur. Beləliklə ereksiya prosesi bir tərəfdən penisə arterial qanın artıq miqdarda gəlməsindən  və digər tərəfdən venoz qanın çətinliklə geriyə axmasından asılıdır. Bunun nəticəsində mağaralı cisimlər artıq dərəcədə qan ilə dolur, onlar həcmlərini və ölçülərini dəyişərək çox sərtləşir. Ereksiya zamanı penisin mağaralı cisimləri ilə bərabər penisin süngəri cismi də dəyişir, ancaq burada elastik liflərin artıq olması mağaraların bərabər surətdə qan ilə dolması və venoz qanın maneəsiz axması mağaralı cismin sərtləşməsinə imkan vermir. O, öz həcmini və şəkləni dəyişdirməklə bərabər yumşaq halda qalır. Bunun artıq dərəcədə fizioloci əhəmiyyəti vardır,çünki buradan keçən sidik kanalı ereksiya zamanı sıxılmayıb açıq qalır və sidik kanalının prostat hissəsinə tullanan torum maneəsiz xaricə tökülür.
Penis başı quruluşca venoz kələfdən ibarət olduğu üçün sükut vaxtında göyümtül olur, ereksiya zamanı arterial qan ilə zənginləşdiyi üçün rəngi dəyişib qırmızılaşır, ancaq konsistensiyası yumşaq qalır. Bunun da fizioloci əhəmiyyəti cinsi əlaqə zamanı qadın cinsiyyıt üzvlərinə zədə toxundurulmamasındadır. Penisin ereksiya halından sükuta keçməsi belədir-damardaraldıcı sinir lifləri qıcıqlanaraq damarların divarlarındkı yactıqların  və atmalarda olan əzələ liflərinin tonuslarını artırır, nəticədə damarlar və mağaralar daraldığı üçün arterial qan zəif axmağa başlayır. Bununla bərabər sidik-cinsiyyət diafraqmasının tonusu zəifləşdiyi üçün  venoz damarlardan qan sürətlə axmağa başlayır və nəticədə penisin həcmi  və ölçüləri kiçilir, sərtliyi itir və vəziyyəti dəyişir.


Endokrin səbəbdən əmələ gələn cinsi zəiflik birinci növbədə hipoqonadizm -cinsiyyət vəzilərinin natamam funksiyası və onlar tərəfdən testosteronun az hazırlanması aiddir. Belə hallarda xəstə səs tembrinin yüksəlməsi, üzdə və bədəndə tüklərin azalması, yan, döş, bud nahiyyəsində piyləmmə ilə qarşılaşır. Belə hal ağır hal hesab olunur və endokrinoloqun köməyi hökmən lazımdır. Digər cinsi zəiflik əmələ gətirən endokrinoloji problem hipofizin şişidir.


Bəzi dərman preparatları da cinsi zəiflik əmələ gətirə bilər. Kişi cinsi hormonlarını azaldan antiandrogenlər, qadın cinsi hormonları buna misal ola bilər. Bundan əlavə baş beyin qabığına təsir göstərən bütün preparatlar cinsi zəiflik yarada bilər. Bunlara ilk növbədə alkoqol və narkotik dərmanlar aiddir.
Yerli səbəblərə kavernoz cismin sklerozlaşmasına gətirən faktorlar aiddir, bu vaxt mağaralı cismin elastik maddəsi hissəvi və ya hamisı birləşdirici toxuma ilə əvəz olunur. Cinsiyyət üzvünün travması, dəfələrlə yerli inyeksiyalar, qabaqlar keçirilmiş priapizm də yerli faktorlara aiddir. Kavernoz cismin sklerozlaşmasına həmçinin  qəsdən uzadılmış cinsi əlaqələr aiddir.
Cinsi zəifliyin nevroloji səbəblərinə epilepsiya, Parkinson xəstəliyi, dağınıq skleroz, baş və onurğa beyin travmaları, aralıq və çanaç travmaları, bu nahiyyələrdə aparılan istənilən cərrahi əməliyyatlar təsir göstərə bilər.
Şəkərli diabet və arterial hipertenziyanın cinsi fəaliyyətə təsirini xüsusi vurğulamaq lazımdır. Bu hallarda sinsi fəaliyyət müxtəlif səbəblərdən - nevroloji, damar, yerli, medikamentoz pozulur. Ona görə bu xəstəliklər zamanı cinsi zəifliyin müalicəsi çox pis gedir.
Yuxarda qeyd olunanlardan əlavə cinsi zəifliyin əmələ gəlməsinin səbəblərindən ən önəmlisi və bu günkü gündə aktual problem olan xroniki prostatitlərdir. Xroniki prostatitlər  ümumi orqanizmin zəifləməsinə və xəstənin psixoloji durumuna təsir göstərir. Əgər xəstədə depressiya varsa, davamlı stres keçirmişsə, umumi yorğunluq, yoldaşı ilə normal ünsiyyətdə deyilsə, tez-tez konfliktə girirsə, yataqda yoldaşı ilə cinsi əlaqədən narazıdırsa, zöhrəvi xəstəliklərə yoluxma qorxusu həmişə narahat edirsə ereksiya alınmaya və ya keyfiyyətsiz ola bilər. Həmçinin cinsi fəaliyyətə mənfi təsir  göstərən psixoloji faktorlara cinsi əlaqə üçün lazım olan  şəraitin pis olması (məsələn avtomobilin arxa oturacağı,adam cox olan ev, kabinet, ofis, lift, soyuq hava və s.) aiddir. Cinsi zəiflik bir qadınla əlaqə zamanı normal olduğu halda,digər qadınla zəif ola bilər. Digər hal bir çox kişilərdə,çox vaxt cavan oğlanlarda ilk cinsi əlaqə zamanı baş verir - uzun müddət ereksiya vəziyyətində olan cinsi orqan yorularaq cinsi akt zamanı ereksiyanı cinsi əlaqənin axırına kimi davam etdirə bilmir, və ya tez eyakulyasiya baş verir. Cinsi zəifliyə həmçinin rezin qoruyucular da səbəb ola bilər. Belə ki cinsiyyət orqanının baş hissəsindəki reseptorlar rezin vasitəsilə örtülərək qıcığı daha zəif qəbul edir. Bəzən təsadüfən müxtəlif səbəblərdən  baş verən cinsi zəiflikdən sonra kişilər növbəti cinsi əlaqə zamanı həmin uğursuzluğu yada salaraq yenə təkrarlanacağından qorxur, bu da psixoloci cinsi zəifliyin əmələ gəlməsinə və növbəti impotentliyə gətirib çıxarır.
Bu səbəblərdən bizim praktikamızda ən çox rast gəlinən cinsi zəifliklər prostatitlər nətcəsində olur və bu prostatitlərin çoxu müxtəlif  zöhrəvi xəstəliklərin nəticəsində əmələ gələnlərdir.
Əlbətdə ki bu cür cinsi zəifliyin aradan qaldırılması üçün birinci növbədə etiologiyasından asılı olmayaraq prostatitlər müalicə olunur. Bir çox xəstələr həkimə müraciət etmək əvəzinə özünü müalicə ilə məşğul olaraq müxtəlif reklam olunan və ya apteklərdə satıcılar tərəfindən məsləhət görülən dərman preparatlarından istifadə edirlər. Çox hallarda belə dərman preparatları ancaq simptomatik təsir göstərərək xəstəliyin  əlamətlərini müvəqqəti aradan qaldırır. Amma müəyyən müddətdən sonra simptomlar təkrarlanır, bununda səbəbi xəstəliyin müalicə olunmamasındadır. Ona görə də sinsi zəiflikdən əziyyət cəkənlər vaxtında həkim mütəxəssislərə müraciət etməlidirlər. Xəstəliyin profilaktikası üçün kişilər heç olmasa ildə 2 dəfə uroloqun qəbulunda olmalı, sidik-cinsiyyət sisteminin USM-ni etməli, siqaretdən, spirtli içkilərdən uzaq olmalı, idmanla məşğul olmalı, vitamin-minerallarla zəngin qidalardan istifadə etməlidirlər.
Və ən başlıcası orqanizmin istənilən yerində hər hansı bir narahatçılıq olarsa apteklərdən öncə həkimlərə müraciət edilməlidir. Çünki bədənin istənilən yerindəki bugünki kiçik bir ağrı sabah böyük bir problemə çevrilə bilər.

Şahin Bədəlov
Respublika dəri-zöhrəvi dispanserinin həkim dermato-veneroloqu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət