Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11588
az

Kürəkdə və qarında ağrınız varsa, ürəyinizdə problem ola bilər - Gizli xəstəliyin ƏLAMƏTLƏRİ

12:2603 Aprel, 2019
1702
  • A
 
Ürəyin İşemik Xəstəliyi (miokard işemiyası) geniş yayılmış bir patologiyadır. Təkcə Amerika Birləşmiş Ştatalarında 14 milyon insan bu xəstəlikdən əziyyət çəkir.Sizin koronar arteriyalarınız urəyinizi qidalandıran və oksigenlə təchiz edən damarlardır. Bu damarların piy hissəcikləri ilə tutulması və ya hər hansı bir formada  zədələnməsi ürəyinizin qidalanmasını pozur. Nəticədə ürəyiniz daha az oksigen və qidalı maddələr alır. Bunun əlamətləri olan sinədə ağrı, tənginəfəslik meydana çıxır.

 

Simptomlar

  - Sinədə ağrı (angina). Sinədə təzyiq və sıxıntı hiss edə bilərsiniz. Fiziki və emosional stress zamanı ağrı artır. Bu hissiyyat adətən onu yaradan səbəbi aradan qaldırandan sonar bir neçə dəqiqə ərzində keçib gedir. Bəzən bu ağrı qarında, kürəkdə və ya qarında da ola bilir.

  - Tənginəfəslik. Əgər ürəyiniz bədəninizi qidalandıracaq qədər qanı damarlarla orqanizminizə qova bilmirsə onda tənginəfəslik əmələ gəlir.

  - Miokard infarktı. Əgər koronar arteriyalar tam tutulursa miokard infarktı əmələ gəlir.Klassik simptomlarç sinədə dağıdıcı ağrı, çiyində və qolda ağrıdır. Bəzən tənginəfəslik və tərləmə də əmələ gəlir. Bəzi hallarda ürəkbulanma da əmələ gəlir. Nadir hallarsa xəstəlik tam simptomsuz keçir.

 

Həkimə nə zaman getməli

Təcili! Miokard infaktından şübhələnirsinizsə təcili həkimə müraciət etməlisiniz. Təcili yardıma zəng vurun, və ya kimdənsə xahish edin sizi həkimə aparsın, özünüz maşını sürməyin.

Əgər sizdə risk faktorları varsa (yüksək xolesterol, diabet,piylənmə, yüksək təzyiq) mütləq həkiminizlə məsləhətləşin.

 

Səbəblər

Koronar arteriya xəstəlikləri koronar arteriyanın daxili səthinin zədələnməsi ilə başlanır. Bir sıra faktorlar buna səbəb ola bilər:

  - Siqaret çəkmə

  - Yüksək təzyiq

  - Yüksək xolesterol

  - Diabet

  - Xərcəng xəstəliklərində şüa terapiyası

Damarlar zədələndikdən sonar piy dənəcikləri və digər hüceyrə metabolizmi məhsulları zədələnmiş hissədə toplanmağa başlayır və ateroskleroz belə yaranır. Sonradan bu piy depozitləri parçalanırsa trombositlər dammar divarını bərpa etməyə çalışırlar və damarın tam tutulmağına səbəb olurlar.

 

Risk faktorları

  - Yaş. Yaş artdıqca arteriyaların zədələnmə ehtimalı da artır.

  - Cins. Kişilər daha böyük risk altındadırlar neinki qadınlar. Qadınlarda risk menopauzadan sonra artır.

  - Ailə tarixçəsi. Ailə tarixçəsinin bu halda böyük əhəmiyyəti var. Xüsusən də əgər valideyinləriniz erkən yaşda bu xəstəliyə tutulublarsa (60 yaşdan erkən)

  - Siqaret çəkmə. Nikotin sizing damarlarınızın iç səthini zədələyir.

  - High blood pressure. Nəzarətsiz yüksəl qan təzyiqi sizing arteriyalarınızın zədələnməsinə,kanalın daralmasına gətirib çıxarır.

  - Qanda yüksək xolesterol. Xolesterolun yüksək olması aterosklerozun əmələgəlmə riskini artırır.

  - Diabet. Diabet koronar arteriyanın xəstəliklərinin yüksək riski  ilə müşahidə olunur.

  - Piylənmə. Artıq çəki digər risk faktorlarını daha da gücləndirir.

  - Fiziki tənbəllik. Fiziki aktivliyin azlığı koronar arteriya xəstəlikləri ilə müşahidə olunur.

  - Yüksək stress. Həyatınızdakı artıq stress sizin arteriyalarınızın zədələnməsinə səbəb olur.

Risk faktorları adətən bir neçəsi toplanaraq xəstəliyin əmələ gəlməsinə səbəb olur. Məsələn, piylənmə diabetə və yüksək təzyiqə səbəb olur.

 

Ağırlaşmalar

Koronar arteriya xəstəlikləri gətirib çıxara bilər:

  - Sinədə ağrı (angina). Sizin koronar arteriyalarınız daralanda ürəyiniz kifayət qədər qanla təchiz olunmadığından bu ağrı və tənginəfəslik əmələ gəlir.

  - Miokard infarktı. Xolesterol hissəcikləri trombositlərlə birgə toplanıb sizin urək damarlarınızı tutanda bu hal əmələ gələ bilər. Nəticədə ürək əzələniz zədələnir.

  - Ürək çatmazlığı. İnfarkt nəticəsində ürək əzələniz o qədər zəifləyir ki, qanı damarlara qovmaq qabiliyyətini itirir. Bu hal ürək ürək çatmazlığı adlanır.

  - Aritmiyalar. Ürəyin kifayət qədər qanla təchiz olunmaması sinir impulslarını ötürən toxumaları da zədələyə bilər. nəticədə ritm pozğunluqları əmələ gəlir.

 

Müayinə və diaqnoz

Müayinəyə daxil ola bilər:

  - Elektrokardioqram (EKQ). EKQ elektrik impulslarının sizin ürəyiniz boyu yolunu izləyir və qeydə alır. Holter monitoring də məsləhət görülə bilər. Yəni 24 saat ərzində sizin ürəyinizin işini qeydə almağa kömək edir.

  - Exokardioqram. Exokardioqram səs dalğalarını istifadə edərək sizing ürəyinizin şəklini çəkir. Bunun köməyi ilə həkiminiz təyin edir ki, ürəyinizin bütün divarları ürəyinizin yığılma işinə qoşulub ya yox.

  - Stress test. Ola bilsin ki sizin ürək tərəfindən olan narahatçılıqlarınız fiziki aktivlik zamanı artır. Buna görə həkiminiz sizdən xahish edə bilər ki, stasionar velosiped sürəsiniz və ya hər hansı başqa bir fiziki aktivlik edəsiniz bu müddət ərzində də sizing  sizin EHQ-zı və exoqrammanızı çəkər.

  - Koronar kateterizasiya. Sizin ürəyinizin qan dövranını müayinə etmək üçün həkiminiz ürəyinizin arteriyasına  (venalar vasitəsi ilə) xüsusi contrast maddə vura bilər. Bu angioqram adlanır. Maddəni vurmağın digər yolu ayaqlardakı arteriyaları istifadə etməklə uzun nazik kateteri ürək arteriyalarına yeritməkdir. Bu ürək kateterizasiyası adlanır. Sonra roentgen vasitəsi ilə contrast maddənin ürək damarlarında hərəkəti izlənir və tutulmuş damarları balon vasitəsi ilə kateterizasiya etməyə, genişləndirməyə çalışırlar. Sonradan genişləndirilmiş hissəni açıq saxlamaq üçün stent salına bilər.

  - KT. Kompyuter tomoqrafiyası həkiminizə arteriyaları görməyə imkan verir. Eyni zamanda damarlarınızdakı kalsiumu qeydə alır hansıkı sizing damarlarınızın daralmış hissəsində toplanır.KT zamanı contrast maddə istifadə olunarsa onda ürək arteriyalarını tam izləmək olur.

  - Magnit rezonans angioqram (MRA). Bu zaman nüvə maqnit rezonansı metodu istifadə olunur, KT kı kimi burda da contrast maddə istifadə olunur.

 

Müalicə və dərmanlar

Koronar arteriya xəstəliklərinin müalicəsinə adətən həyat tərzinin dəyişdirilməsi və dərman müalicəsi daxildir.

Həyat tərzi dəyişiklikləri:

  - Siqaret çəkməni saxlamaq.

  - Sağlam qidalanma.

  - İdmanla məşqul olmaq.

  - Artıq çəkidən azad olma.

  - Həyatınızda stresin azaldılması.

  - Qan təzyiqinizi, xolesterolunuzu və şəkərli diabetinizi nəzarət altında saxlayın

 

Dərmanlar:

  - Xolesterolu modifikasiya edən dərmanlar.

  - Aspirin. Həkiminiz sizə damarlarınızın tutulmasının qarşısını almaq üçün aspirin təyin edə bilər.Əgər siz artıq infarkt keçirmisinizsə aspirin təkrari xəstəliyin qarşısını ala bilər. Bəzi hallarda aspirinin verilməsi elə də məqsədəuyğun deyil. Çünki sizdə hər hansı bir qanaxmanın olması buna əks göstərişdir.

  - Beta blokatorlar. Bu dərmanlar sizin ürəyinizin işini zəiflədir və təzyiqinizi aşağı salır. Bu da sizing ürəyinizin oksigenə təlabatını azaldır.

  - Nitroqliserin. Nitroqliserin tabletləri, sprayləri ürək damarlarınızı genişləndirərək sinədə ağrını aradan götürür.

  - Angiotenzin çevirici fermentin inhibitorları. Bu dərmanlar sizin təzyiqinizi aşağı salır və təkrari infaktların qarşısını alır.

  - Kalsium kanalı blokatorları. Bu dərmanlar sizin koronar damarlarınızı əhatə edən əzələ qatını relaksasiya edir və damarlarınızı genəldir.

Ürəyinizin qan dövranını yaxşılaşdıran proseduralar.

 

Bəzən cərrahi müdaxiləyə ehtiyac olur:

  - Angioplastika və stentin yerləşdirilməsi. Bu prosedura zamanı sizin həkiminiz nazik uzun borunu (kateteri) sizin ürək damarınızın daralmış hissəsinə daxil edir.Balon kateterdən keçərək damarınızın daralmış hissəsini genişləndirir. Arteriyanı açıq saxlamağa kömək edəcək stent arteriyanın genişləndirilmiş hissəsində saxlanılır.Bəzi stentlər özlərindən xüsusi dərman buraxaraq damarı geniş saxlamağa kömək edir.

  - Koronar arteriyanın bypass əməliyyatları. Cərrahlar sizin ürəyinizin daralmış damarının funksiyasını əvəz etmək üçün orqanizminizin başqa yerindən əvəzedici dammar hazırlayır. Bu qanın tutulmuş dammar hissənin ətrafından dövr etməsinə kömək edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət