‡агрузка...

Qan təzyiqini aşağı salmağın 12 EFFEKTİV ÜSULU

Yüksək qan təzyiqinin insan həyatı üçün təhlükəli olduğunu hər kəs bilir. Ürəyin işinin artması onun əzələlərini zədələyir, işemik insult riskini artırır, böyrəklərin fəaliyyətini pozur. Buna görə də qan təzyiqini mütləq müalicə etmək tələb olunur.

Bəs əl atında dərman vasitəsi olmadıqda nə etmək lazımdır?

Oxu24.com medicina.az-a istinadən qan təzyiqini aşağı salmaq üçün ev şəraitində tətbiq edilə bilən üsulları təqdim edir:

Qan təzyiqinin artmasının səbəbləri artıq çəki, aşağı fiziki aktivlik, qeyri-sağlam qidalanmaq, siqaret çəkmək, alkoqol istifadəsi, stress, şəkərli diabet, xroniki xəstəliklər və yaşın 40-dan yuxarı olmasıdır.

Qan təzyiqini həb olmadan necə aşağı salmaq olar?

1. Əgər təzyiqiniz hər hansı bir qapalı məkanda qalxarsa, o zaman təmiz havaya çıxaraq 30 dəqiqə ərzində sakit addımlarla gəzin. Əllərinizi yuxarı qaldıraraq, 10 dəfə oturma hərəkəti də etmək yaxşı nəticə verəcək.
 
2. Ayaqlarınızı 5-10 dəqiqə soyuq suda saxlayın. Suyu dizlərinizdən aşağıya doğru axıdın. Əllərinizi də həmin qaydada suyun altına tutun. Daha sonra dəsmalı soyuq suda isladaraq, qarnınıza yerləşdirib bir neçə dəqiqə saxlayın.

3. Buz da təzyiqi aşağı salır. Bir neçə buz küpünü nazik parçanın içinə yerləşdirin. Daha sonra çarpayıya uzanaraq, soyuq kompresi ənsənizə qoyun. Lazım olduqda istifadə etmək üçün plastik butulkanı su ilə dolduraraq, buzxanaya qoyun.

4. Buz küplərini boyun fəqərələrinin üzərinə sürtün. Sonra dərini qurulayaraq soyumuş nahiyəyə kamfora yağı çəkin.

5. Pambıq dəsmalı alma sirkəsində isladın. Dabanlarınızı 10 dəqiqə müddətində bu dəsmala bağlayın.

6. Bir çox hallarda qan təzyiqi əsəb gərginliyi və stress səbəbindən qalxır. Belə olan halda sakitləşmək lazımdır. Nanə və melissa qarışımından ibarət çay işin və gözlər yumulu şəkildə uzanın. Çalışın ki, heç bir şey düşünməyəsiniz.
 
7. Təzyiqi aşağı salmağın ən yaxşı yollarından biri də nöqtəli masajdır. Bu nöqtə qulağın arxa hissəsində, boyunda yerləşir. Bu hissəni 10 saniyə müddətində sıxın. Daha sonra isə qaşların arasında olan hissəni sıxın.

8. Stulda oturaraq belinizi düz saxlayın. Əlinizi qarnınızın üzərinə qoyaraq, dərindən nəfəs alın. Nəfəsinizi saxlayaraq bir neçə saniyə bu vəziyyətdə qalın. Nəfəsi əvvəl qarnınızdan daha sonra isə ciyərlərinizdən buraxın. 1 dəqiqə ərzində 4 bu cür hərəkət etmək tələb olunur.

9. Yoqa təzyiqin aşağı düşməsinə səbəb olur. Ayaqlarınızı divara söykəyərək 4 dəqiqə müddətində yoqa hərəkətləri edin.

10. Əgər təzyiqiniz qalxıbsa, o zaman sidikqovucu çay için. Bu məqsədlə yaşıl çay, zəncirotu, çobanyastığı, şüyüd çayı içə bilərsiniz.
 
11. Təzyiqi tez bir zamanda aşağı salmaq üçün nar şirəsi içməyiniz məsləhətdir.

12. Orqanizmdə maye çatışmadıqda da qan təzyiqi qalxır. Buna görə də gün ərzində lazım olan miqdarda maye qəbul etmək lazımdır.
loading...




Paylaş:


22-mar, 2019 501
loading...
Загрузка...
loading...