Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11133
az

Ağızda çıxan yaralar bu xəstəliklərin əlamətidir

09:2121 Mart, 2019
4000
  • A
  
Yaracıqlar diş ətlərində və ağızın selikli qişasında infeksiya nəticəsində, vitaminlərin çatmamazlığı ilə əlaqədar, və ya bəzi dərmanların qəbulundan sonra yarana bilər.
 
Aftoz stomatit: aftoz yaralar ağızın selikli qişasının, o cümlədən yanaqların, dilin və damağın zədələnməsidir. Sarı – ağ kraterdən ibarət olub qırmızı rəngli zolağı iltihabla  əhatələnn yaralar hədsiz ağrılıdır. Əgər uşaq stress vəziyyətinə düşərsə ayrı-ayrı yerləşmiş yaralar birləşə bilər. Sağalma dövrü 1-2 həftə təşkil edir. Aftoz yaraların əmələ gəlmə səbəbləri mütəxəssizlər tərəfindən dəqiq müəyyənləşdirilir. Onlara virus infeksiyası, endokrin və  immun sisteminin  pozğunluqları, xroniki qəbzlik, emosional dəyişiklik kimi hallar aid edilir.
Yardım: ağızı gündə bir neçə dəfə kalendula məhlulu ilə yaxalamaq məsləhətdir. Əgər bu kömək etmirsə uşağı həkimə göstərmək lazımdır.
 
Virus stomatiti: stomatitin (ağızın selikli qişasının iltihabı) törədicisi Koksaki virusudur. Adətən stomatit yanağın və qırtlağın əsnək nahiyəsinin selikli qişasında çox kiçik ölcüdə olan sarımtıl ağrılı yaraların əmələ gəlməsi ilə xarakterizə olunur.
Yardım: ağızı kalendula məhlulu ilə yaxalamaq lazımdır : 1 stəkan ilıq suya 1 çay qaşığı dəmlənmiş kalendula məhlulu və ya 1 stəkan qaynar suya 10 qr kalendula gülləri tökuruk. Virus stomatiti yoluxucudur, ona görə də uşaqın istifadə etdiyi qabları təmiz yumaq, qaynar su ilə yaxalamaq və ailənin digər üzvlərinin istifadə etməməsi üçün ayrı saxlamaq lazımdır. Ağrılarla əlaqədar uşağı gündə 5-6 dəfə az porsiyalarla ilıq qida ilə yedizdirmək  lazımdır. Qida  turş və çox duzlu olmamalıdır.
Herpes: herpes virusu adətən tez-tez 1-3 yaşlı uşaqlarda ağızın selikli qişasını zədələyir. Uşaq ağızda ağrı hiss edir, yeməkdən imtina edir, şıltaqlıq edir. Tüpürcək ifrazı artır, qızdırma, ağızda pis qoxu əmələ gəlir. Ağızın selikli qişasında tez partlayan, özündən sonra zədə yeri olan, sarımtıl-boz pərdə ilə  örtülü, 2-10 mm diametrli suluqlar aşkar etmək olar. Pərdə soyulduqdan sonra yara əmələ gəlir.  Herpes haqqında «Qovuqcuqlu dəmrov» məqaləsində «Dəridə səpgilər» bölməsində daha ətraflı məlumat verilir.
Yardım: virus stomatitdə  olduğu kimidir. Herpes virusuna qarşı xüsusi məlhəm və ya asiklovir  kremin (zoviraks) istifadəsi spesifik effekt verir.
 
Dişlərin deffekti: dişlərin kariyesi, düzgün olmayan prikus, sınmış dişlərin iti kənarları ilə  qıcıqlanma və ya ağızın selikli qişasının zədəsinə səbəb ola bilər və infeksiyanın nüfuz etməsi üçün açıq qapı yarada bilər.
Yardım: profilaktik məqsədlə müntəzəm olaraq,  ildə üç dəfədən az olmayaraq, hətta uşağın dişləri ağrımasa belə, onu həkim stomatoloqa göstərmək lazımdır.
 
B2 vitaminin (riboflavin) çatmamazlığı dodağın qırmızı haşiyəsində və ağız bucaqlarında çatlar və quru pulcuqların əmələ gəlməsinə səbəb olur. Bundan başqa dil, gözün konyuktivanın iltihabı, buynuz təbəqəsinin zədələnməsi müşahidə olunur. Uşağın gözləri qızarır, yaşarır, başında çoxlu kəpək əmələ gəlir.
Yardım: Düzgün qidalanmada vitamin B2-nin çatmamazdığına rast gəlmək olmur. Çoxlu  miqdarda Bu vitaminlə iri buynuzlu mal-qaranın ət və süd məhsulları (qaraciyər, yumurta, pendir, kəsmik, süd) zəngindir. İspanaq, yaşıl noxud, qarabaşaq və yulaf yarmaları kimi  tərəvəzlərin tərkibində də olur. Əgər xəstəliyin əlamətləri olarsa uşağı həkimə göstərmək lazımdır.
 
Vitamin B6 (piridoksin) çatmamazlığında qida ilə bu vitaminin lazımi qədər alınmaması dərinin zədələnməsinə gətirib çıxarır, B2 vitaminin çatmamazdığında olduğu kimi dodaqların haşiyəsinin dərisində çatlar, dilin iltihabı, kəpək kimi əlamətlər müşahidə edilir.
Yardım: piridoksin çoxlu miqdarda qara ciyər, paxla, düyü kəpəyində, yer fındığında olur. Əgər əlamətlər meydana çıxarsa, uşağı həkimə göstərmək lazımdır.
 
Vitamin C - nin çatmamazlığı (sinqa): sinqa zamanı diş ətləri şişir və göy – bənövşəyi rəng alır, tez qanayır. Bədəndə nöqtəvi qansızmalar, ətraflarda psevdoiflic, qan azlığı, əsəbilik kimi hallar müşahidə olunur.
Yardım: əgər uşaq lazımi miqdarda təzə meyvə və tərəvəz qəbul etmirsə, onda vitamin C – nin (askorbin turşusu) çatmamazlığı əmələ gəlir. C vitamini sitrus, qarağat, itburnu meyvələrində xüsusilə də çoxdur. Sinqa zamanı vitamin C-nin böyük dozalarda qəbul  edilməsi  uşağın sağalmasında effektivdir.
 
Vitamin R-nin (niasin) çatmamazlığı:  dil və ağızın selikli qişasının iltihabı, ishal və ağıl zəifliyi kimi üç əlamətlərlə (birgə) özünü göstərir.
Yardım: R vitamininin avitaminozu zamanı uşağın qidasında tərkibində daha çox niasin olan qara ciyər və  quş ətindən xörəklər, yer fındığı, balıq (qızıl balıq) istifadə edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş