Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11112
az

Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI

12:5320 Mart, 2019
2558
  • A
 

Hələ qədim Misirdə qulançar (bölgələrə görə adı həmdə - quşqonmaz, mərəçüyüd, qulançar ola bilər) bitkisi “hökmdarların məhsulu” adlandırılıb. Bu möcüzəvi bitkinin saysız-hesabsız faydaları təbiblərin həmişə diqqət mərkəzində olub. Qulançar təkcə şərqdə deyil, hazırda Avropa ölkələrində də xalq təbabətində geniş istifadə olunur.

Qulançar bitkisinin digər adı mərəçüyüddür. Bu bitkinin faydalı xüsusiyyətlərini təqdim etməzdən əvvəl 100 qram qulançarın tərkibində olan maddələrə nəzər yetirək:

Su - 92.7 q
Zülallar - 1.9 q
Yağlar - 0.1 q
Karbohidratlar - 3.1 q
Nişasta - 0.9 q
Qida lifləri - 1.5 q
Üzvi turşular - 0.1 q
A vitamini - 0.03 mq
B1 vitamini - 0.1 mq
B2 vitamini - 0.1 mq
C vitamini - 20.0 mq
E vitamini - 2.0 mq
PP vitamini - 1.0 mq
Dəmir - 0.9 mq
Kalium - 19.0 mq
Kalsium - 21.0 mq
Maqnezium - 20.0 mq
Natrium - 2.0 mq
Fosfor - 62.0 mq
Sink - 0.6 mq
Selen - 0.7 mq
Mis - 0.17 mq


Belə zəngin tərkibi ilə qulançar bitkisi orqanizmə aşağıdakı kimi təsir göstərir:

1. Bu bitki təbii afrodiziakdır. O cinsi istəyi artırır, kişilərdə spermanın keyfiyyət və kəmiyyətinə müsbət təsir göstərir, intim fəallığı təmin edir. Cəmisi üç gün qulançardan istifadə etməklə onun bu sahədəki təsirini hiss etmək olar. Həmçinin qulançarın toxumları sonsuzluq üçün ən yaxşı təbii vasitədir. Qulançarın qurudulmuş toxumları üyüdülür, eyni miqdarda balla qarışdırılır, 3 həftə ərzində hər gün 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir. Kəskin şəkildə ehtirası gücləndirdiyinə görə 19-cu əsrdə kilsədə çalışanlara qulançardan istifadə qadağan edilib.

2. Qulançarın ürək-damar sistemi üçün olduqca xeyirlidir. Bu faydadan bəhrələnmək üçün bitkinin qurudulmuş kökündən 200 qram götürülərək üzərinə eyni miqdarda qaynar su əlavə olunur və 10-15 dəqiqə dəmlənir. Süzüldükdən sonra gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edilir. Bu ürəyi möhkəmləndirir, ateroskleroza qarşı mübarizə aparır.

3. Qulançarın tərkibində asparagin turşusu olduğundan o qan təzyiqini aşağı salır. Buna görə də hipertoniya xəstəliyindən əziyyət çəkənlərin qida rasionlarına qulançar bitkisi daxil etmələri müsbət nəticə verər.

4. Bütün bitkilər arasında tərkibi daha çox fol turşusu ilə zəngin olan qulançar hamilə qadınlar üçün dəyərli bir qida məhsuludur. Fol turşusu dölün normal inkişafına müsbət təsir göstərir.

5. Qulançar böyrəklərin fəaliyyətini asanlaşdırır, böyrək xəstəliklərinin müalicəsinə kömək edir.

6. Qulançardan müntəzəm istifadə etməklə qanın təmizlənməsinə nail olmaq olar.

7. Bu bitki həmçinin qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onu zərərli maddələrdən təmizləyir.

8. Ağız boşluğunda yaranan problemlərdən qurtulmaq üçün qulançardan hazırlanmış cövhərdən istifadə etmək yetərlidir. Bunun üçün bitkinin kökündən 100 qram götürülür, üzərinə bir stəkan isti su və 2 stəkan alma sirkəsi əlavə olunur. Qarışdırdıqdan sonra 10 dəqiqə qaynadılır. Syuduqdan sonra hər gün bir neçə dəfə qarqara edilir.

9. Qulançar xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

10. Orqanizmdəki iltihabi proseslərə qarşı da qulançar təsirli vasitədir.

Bütün faydalı qida məhsulları kimi bu möcüzəvi bitkidən də qədərində istifadə etmək lazımdır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kişilərin cinsi fəallığının bel ölçüləri ilə əlaqəsi olduğunu bilirdinizmi?
Saçı tökülənlər bu qidaları yesin – SİYAHI
İnsanda olan dəhşətli fil xəstəliyi nədən yaranır?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü