"Kişi arvadından kənar başqa qadınla görüşürsə, bu, o demək deyil ki, həmin qadın da pozğundur”
Oxu24.com xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Kvant psixoloqu Gülnara İnanc deyib. Onun sözlərinə görə bir müddətdən sonra sevgi deyilən hiss avazıyır: "Bu müddət, 1 il, 5 il, 10 il, 20 il də ola bilər. Çox nadir hallarda olur ki, cütlüklər 50 il bir yerdə sevgi ilə yaşayırlar. Bizdə xüsusi texnikalar var. Ürəkdə sevgi hissini böyütməklə sevgi hissini yenidən gücləndirmək olur. Dediyimiz müddət bitəndən sonra qadın və ya kişi üçün qarşısındakı həyat yoldaşı maraqlı deyil. Bu hal xüsusilə uşaq doğulandan sonra özünü göstərir. Oğlanla qızın evlənməyinin səbəblərindən biri də cinsi tələbatı ödəməkdir. Bu hal isə normal deyil, bunun üçün evlənməzlər. Cinsi təminat üçün evlənsən, seçdiyin həyat yoldaşı sənə uyğun gəlməyə bilər. Seks də bir enerjidir. Seksdə də uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir.
Düşünürəm ki, Qərbdəki yanaşma, yəni əvvəlcə qızla oğlanın bir yerdə yaşayıb, cinsi əlaqədə olub, sonra evlənməsi daha doğrudur. Ancaq bizim cəmiyyət üçün doğru deyil. Həmişə deyirəm ki, Azərbaycanda bir oğlan cinsi münasibətdə olduğu qızla evlənməyəcək.
{banner_reklam}
Kişi başqa qadının yanına niyə gedir? Səbəb yalnız xanımı ilə fiziki tələbatının ödənməsində deyil. İnsan daim təzə bir şey axtarır. Axı vurğunluq halı onda çoxdan keçib. O, sağına da, soluna da baxır. Amma elə hallar olur ki, ərli biri başqasını sevir. Ötən günlərdə bir xanımla danışdım. Bir kişinin artıq ikinci arvadıdır, amma yenə də başqasını sevir. Kişi arvadından kənar başqa qadınla görüşürsə, bu, o demək deyil ki, həmin qadın da pozğundur. Həyat birmənalı deyil! Kimisə nədəsə qınamaq olmaz, müztləq öz başına da gələ bilər! Bir kişi başqa bir qadınla münasibətdədirsə, bu təkcə cinsi tələbata görə olmaya da bilər. Burada mənəvi tələbat da, enerji yaxınlığı da rol oynayır. Biz əxlaqi tərəfdən yanaşıb onları günahlandırmayaq. Sadəcə özümüzü onların yerinə qoyaq. Evli kişi hər bir qadının üzərinə durub-durası cummur ki! Deməli, ruhsal, enerji yaxınlığı var. Lakin bir kişi hər gördüyü xanıma yaxınlaşırsa, onun seksual pozğunluğu var”.
Oxu24.com
ŞƏRHLƏR