Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9758
az

Nüşabə ilə Afət dalaşdı:\"İstəyir dombalaq aşsın\"

10:4509 Fevral, 2019
847
  • A
 
Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında tədbirlərin birində dava düşüb.

Axşam.az-ın məlumatına görə, qalmaqala səbəb Fərmanqızının son günlər Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı "Pəncü şeş" mahnısı olub.

Ələsgərli ifaçının oxuduğu mahnıya irad bildirib. Müğənni qəzəlin bu cür təqdim edilməsini düzgün saymadığını söyləyib. O, Afətə məsləhət verərək, düzgün yolda olmadığını və mahnısında sözləri dəyişməsini deyib.

Onun tənqidinə əsəbiləşən Afət sərt cavab verib və Nüşabəni onun paxıllığını çəkməkdə günahlandırıb:

"Niyə dəyişim? Siz kimsiz ki, mənə bunu deyirsiz? Balamın canına hamı paxıllıqdan edir. Xalqın adından danışmayın. Gündə İnstaqramıma 2 min "follow" gəlir. Xalq budur. Girib araşdırsınlar, bir dənə saxta izləyicim varsa, sənətdən gedim. Nüşabə xanımı da vurub keçmişəm".

Aparıcı İlahə Nizamiqızı araya girərək, Afəti sakitləşdirməyə çalışsa da, ifaçı Ələsgərli ilə mübahisədən əl çəkməyib. O, heç bir sənət adamının tənqidinə əhəmiyyət vermədiyini söyləyib:

"Siz də qara geyinməyin, qırmızı geyinin. Mənim xoşum gəlmir. Sizin sözünüz, "yeməyi sağla yox, sol əllə ye" sözünə bənzəyir. Bilirdim ki, tənqidləri yazdıran sənət dostlarımdır. İndi şahidi oldum. Məni Elnarə Abdullayeva dəstəkləyəndən sonra, heç kimin fikri önəmli deyil. Gedin işinizlə məşğul olun".

N.Ələsgərli isə "İstəyir dombalaq aşsın. Dəyişməsin sözləri saxlasın, qabağa gedir" sözlərini deyərək, danışmaq istəmədiyini bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində bu qədər it saxlayır - FOTO
Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ