Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9310
az

O, bizim Aygündür! - Azərbaycan estradasında inqilab edən qadının doğum günüdür

01:1826 Yanvar, 2019
1193
  • A
 

Ad,Soyad:  Aygün Kazımova
Yaş: 26 yanvar 1971 (48 Yaş )
Doğulduğu yer:  Bakı
Vəzifə:  Müğənni, bəstəkar, aparıcı, aktrisa
Boy: 168
Çəki:60 (Dəyişkən)


Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da Bakı şəhərində dünyaya gəlib. 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub. Məktəb illərinin ardından Bakı Mədəni-Maarif Texnikumuna (indiki Bakı Humanitar Kolleci) daxil olsa da, təhsilini yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlmişdir. İfaçı İlk qrand-prizi məhz bu yarışmada qazanmışdır. 1989-1989-cu illərdə Yurmalada keçirilmiş beynəlxalq konkursda, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olmuşdur. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə Qrand mükafatına layiq görülmüşdür. 2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə Qrand mükafatı qazanmışdır. İndiyə kimi 10-a yaxın solo konserti olmuşdur. Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar. Bu günə kimi 15 diski işıq üzü görmüşdür. 2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb. Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışmışdır. Xarici ölkələrdə də konsertlər verir. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilmiş konsertdir. Bunlardan savayı, xeyriyyə konsertləri də keçirmişdir. 2005-ci ildə rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rola çəkilmişdir. Həmçinin Best Model of Azerbaijanın rəhbəri vəzifəsində də iştirak etmişdir. 2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarları olan Sinan Akçıl və Sərdar Ortacla iş birliyi qurmuşdur. Sinan Akçıl ilə "İkinci sen" adlı duet ifa edib. Sərdar Ortacdan isə "Hayat ona güzel" adlı mahnı ifa edib. Hər iki mahnı müğənninin karyerasına uğur gətirdi. Məhz 2012-ci ildə ifa etdiyi bu mahnlara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi Qrand 2012 mükafatına layiq görülüb. Sinan Akçıl ilə ifa etddiyi duet müğənniyə "İlin dueti", Sərdar Ortacdan ifa etdiyi mahnının klipinə görə isə "İlin klipi" mükafatına layiq görülüb. 2012-ci ilin sonundan dünya layihəsinə start verib. Müğənninin Türkiyədə çalışdığı "DokuzSekiz" musiqi şirkətinin köməkliyi ilə Hollivud ulduzu, reper Snoop Dogg ilə duet ifa etmişdir. İfa etdikləri mahnının adı "Coffee from Columbia" adlanır. Müğənni adı çəkilən mahnının adı ilə eyni adda CD çıxarmışdır. Albomda 12 mahnı yer alıb. Eyni zamanda Snoop Dogg ilə ifa olunan duetə dünyanın, xüsusilə Amerika Birləşmiş Ştatlarının və Türkiyənin ən məşhur DJ-ləri remiks versiya hazırlayıb. "Coffee from Columbia" mahnısı və mahnıya çəkilən klip Türkiyə və Azərbaycan telekanalları ilə yanaşı, dünyanın əsas musiqi kanalları, o cümlədən MTV-də də nümayiş olunub.

Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülmüşdür. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır. Aygün kazımova Kristall Hall sarayında verdiyi konsertlə hələki ilk pilləni və rekordu qoruyub saxlayan yeganə müğənnidir.

O,2018-ci ildə Türkiyədə keçiriən mükafatlanırma mərasimində İlin Ən yaxşı qadın müğənnisi mükafatına layiq görülməklə adını tarixə yazdırdı.
Bu gün Azərbaycan estradasında səsi Aygün Kazımovanın səsindən yüksək olan,görünüşü Aygün Kazımovadan gözəl müğənni ola bilər.Amma Aygün Kazımova zirvəsini hələlik fəth edəcək müğənni görünmür.Çünki o özünün də dediyi kimi Bizim Aygündür! Yaşa,yarat,sev və sevil, xalqın sevilən artisti!

Oxu24.com   rəhbərliyi adından sevilən ulduzumuzu təbrik edirik!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir Məmmədov kostyumla dəfn edilib?
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl:

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı