Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7420
az

\"Vicdan haqqı\"nın kollektivini ona görə oğlumun toyuna dəvət etmədim ki...\"- Əməkdar artist

01:2227 Noyabr, 2018
1102
  • A
Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər oğlunun toyundan sonra qınaq hədəfinə çevrilib.

Belə ki, aktrisanın oğlunun toyuna "Vicdan haqqı" serialının kollektivini çağırmaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Oxu24.com-a bununla bağlı açıqlama verən aktrisa serial kollektivini toya çağırmamasının əsl səbəbini izah edib:

"Ümumiyyətlə çox böyük toyları sevmirəm. Hər bir qonağıma diqqət yetirmək arzusundaydım. Böyük toylarda bilirsiniz ki, bu mümkün olmur. Əvvəlcədən fikirləşmişdim ki, qonaqların sayı 300-ü keçməsin, belə də oldu. Çox çalışırdım ki, hər bir qonağa az da olsa diqqət yetirim. Toya əsasən Gənc Tamaşaçılar Teatrının kollektivini dəvət etmişdim, çünki bu mənim 22 yaşımdan birlikdə çalışdığım kollektivimdir. Ən çox aktyor, aktrisalar ordan dəvət almışdı, bir də "Ögey ana" serialını bütün heyəti ilə dəvət etmişdim. Bəli, "Vicdan haqqı" serialından demək olar ki, heç kəsi çağırmamışdım. Təkcə toyun aparıcısı və müğənnisi Sonaxanım Əliyeva və serialda qrimyor kimi çalışan, hal-hazırda rəfiqəm olan Sevinc xanımdan başqa. "Vicdan haqqı" serialında tərəf müqabilimi oynayan aktyor Elxan Yunis dəvətli idi. Siz bilirsiniz ki, o, Gəncə Dövlət Dram Teatrında çalışır. Tamaşası olduğu üçün gələ bilmədi və mənə zəng edib üzrxahlıq etdi. Ona qalsa hal-hazırda çəkildiyim "Təhminə və Zaur" serialından da heç kimi toya dəvət etməmişdim. Bilmirəm ki, sosial şəbəkələrdə niyə bu birmənalı qarşılanmır. Hamı bilsin ki, bu, sadəcə kiminləsə münasibətimin pis olması demək deyil", - deyə aktrisa bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
“Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - FOTO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş