Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7158
az

Xalq artisti vannadakı görüntüsündən DANIŞDI - FOTO

20:0817 Noyabr, 2018
1163
  • A
Xalq artisti Flora Kərimova bu gün "Zaurla Günaydın" verilişinə qonaq olub.

Oxu24.com xəbər verir ki, sənətçi verilişdə keçən ay səs-küyə səbəb olan süd vannası qəbul edərkən çəkilən fotosundan danışıb. O bildirib ki, sözügedən foto “Qayınana” filminin çəkilişlərində lentə alınıb:

"Həqiqətən də süd vannası idi. Haram görsənirdi? Orada paltarda idim. Altdan paltar geyinmişdim".

Xalq artisti köməkçisi Yaqut xanımdan da danışıb. Artist köməkçisinin ona qoyduğu qadağaları açıqlayıb: "Mənə nə pul, nə də çörək verir. Şəhər, bağ evinin büdcəsini o, idarə edir. Axşam 6-dan sonra deyir ki, çörək yemə".

Məlumat üçün bildirək ki, "Qayınana" filminin təqdimatı gələn ay baş tutacaq. "Qayınana" filmində Flora Kərimovanın tərəf müqabili Samir Mirhəsənovdur. “Caspian Media Group”un istehsalı ilə çəkilən "Qayınana" filminin layihə direktoru və baş prodüseri Hüseyn Cavadzadədir. Filmin rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim ustaları Sevda Zeynalova, Səbinə İmanova, icraçı prodüserləri Azər Qasımov və Ömər Abdulkərimovdur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
Cavanşir Məmmədov kostyumla dəfn edilib?

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO