Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6837
az

Mirkamil sevərlərə pis xəbər: Sizi doğrayıb, tikənizi özünüzə yedirdəcəyəm

17:2507 Noyabr, 2018
1199
  • A
 
Müğənni Mirkamil Kamilovun “Instagram” paylaşımı sosial şəbəkə istifadəçilərini təşvişə salıb.

Buna onun qeyri-adi paylaşımlar etməsi, dini yönümdə paylaşımlara üstünlük verməsi səbəb olub.

Bundan əlavə, Mirkamilin bir fotonu bir neçə dəfə paylaşması, “Vor” aləminə məxsus şəxslərin şəkillərini paylaşaraq, onlara tərif yağdırması diqqətdən yayınmayıb.

Onun paylaşımlarında qohumlarını hədələməsi də gözdən qaçmayıb.

“Qohumlarımın içində olan “mutilşik”lərə səslənirəm. Mənə şirinliklər yağdırmaq boşunadır. Özünü apara bilməyənə bu həyatı zindan edəcəyəm. Sizi öncə mənəvi öldürəcəyəm, sonra da doğrayacağam, tikənizi özünüzə yedirdəcəyəm. Eşidin, bilin! Mənə çox şərəfsizliklər etdiniz.

Gücsüz, zəif, çoban, savadsız, yetim gördünüz, ölməyimi istədiniz. Öldürməyən Allah öldürmür. Sizi Şamaxıda sürüyəcəyəm, küçədə maşının arxasına bağlayacağam. Sıranızı gözləyin. Məni alçaltdığınız üçün sizə hər şeyi haram edəcəyəm, həyatınızı, canınınızı alacağam”, - deyə Mirkamil yazıb.

O, paylaşımlarında İranda onu ürək əməliyyatı edən həkimini də güllələməklə hədələyib:

“2013-cü ildə əməliyyat olundum, mənə vurulan morfinlərə görə beş ilimi aldın. Problem deyil, ömrünü alacağam. Bu işdə əli olanlar, hər ilə görə 27 min hazırlayın. Beş il məni məzarda yaşatdınız. Mən sizi məzarda yaşadacağam”.

Mirkamilin 27 min dollar istəməsinin səbəbi isə əməliyyat olunduğu zaman ondan istənilən pulun miqdarına görədir:

“Tehrandakı həkimimə səslənirəm, mənə 27 min dollar pul oxumuşdun, amma 10 min aldın. Niyə? Mənə əməliyyatda yeddi morfini niyə vurdun? 27 min dollarımı geri alım, sən də bax. Əks halda, səni Tehranın Mərkəzi Xəstəxanasının qarşısında güllələyəcəyəm. And içmişəm”.

Qeyd edək ki, müğənniyə yaxın mənbələr Oxu.Az-a açıqlamasında Mirkamil və qardaşının dindar olması ilə bağlı məlumat veriblər.

Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmayıb.

Mirkamilin qohumu, Xalq artisti Mələkxanım Əyyubova isə “Qafqazinfo”ya açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib.

Onu da bildirək ki, bəzi mənbələr Mirkamilin müalicə məqsədilə qəbul etdiyi dərmanlardan sonra psixoloji sarsıntı keçirdiyini bildirir.


Ötən günlərdə isə Mirkamil “Instagram Live”da bir müddət öncə narkotikdən istifadə etdiyini və birdəfəlik əl çəkdiyini söyləmişdi.



  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeganə ərinin qazancından danışdı
Hüseyn Rəşad Dağlının oğluna
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu