‡агрузка...

Müğənnilərin bitirdiyi məktəb və universitetlər – SİYAHI

 Azərbaycan səhnəsində tanınan, sevilən müğənnilərin oxuduqları orta məktəblərin siyahısını təqdim edirik:

Azərbaycanın səhnəsinin sevilən müğənnisi, Xalq artist Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub. Məktəb illərində o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilib. Mədəni Maarif texnikumunda oxuyan Aygün Kazımovanın təhsilini müəyyən səbəblərdən yarımçıq qoyur.

Azərbaycanın əməkdar artisti Röya Ayxan 1982 -ci il iyun ayının 14-də dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub.

Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə isə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universiteti qırmızı diplomla bitirib.

Natavan Həbibi 20may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Daha sonradan Azərbaycana köçüb. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-ci ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb.

Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olan Xalq artist Gülyanaq Məmmədova 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbə gedib. O, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr və kino aktyoru” fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. Gülyanaq xanım 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

Azərbaycanın xalq artisti, xanəndə Gülyaz Məmmədova 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "solo oxuma" xanəndəlik fakültəsində təhsil alıb.

İrəvan şəhərində anadan olan Xalq artist Mübariz Tağıyev Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə də məşğul olub.

Azərbaycanın və Dağıstanın Xalq artisti, Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1969 -cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə gedib.

Bakı şəhərində anadan olan Azərbaycan Respublikasının xalq artisti Zülfiyyə Xanbabayeva 61 nömrəli orta məktəbə gedib. O, məktəbi bitirdikdən sonra 1985–ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub.

Əməkdar artist, qeyri-adi ifa tərzi seçilən Elza Seyidcahan Siyəzən şəhərində anadan olub. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olub daha sonra 1977-1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirib. Elza xanım 1982-1987-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil alıb.

Əməkdar artist Abbas Bağırov Tovuz şəhərində ziyalı ailəsində anadan olub. O, 1988-ci ildə Gəncə şəhərində 34-nömrəli orta məktəbə daxil olub daha eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. O, Tərtər rayonunda yerləşən Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrənərək müxtəlif sənətkarlardan dərs alıb.
loading...




Paylaş:


27-sen, 2018 503
loading...
Загрузка...
loading...