Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2699
az

Aktrisalar arasında qalmaqal: Ən axırıncı adamsan

16:3708 İyun, 2018
1864
  • A
 Maşın” şounun iştirakçısı aktrisa Pərvin Abıyevaya sosial mediada həmkarları tərəfindən irad gəlib.

Oxu24.comxəbər verir ki, aktyorları əsəbləşdirən səbəb onun proqram zamanı Hüseyn Əzizoğluya “kolleqam” deyərək səs istəməsi səbəb olub.

Buna ilk reaksiya verən aktyor Türkay Cəfərli olub. O, tənə ilə “Sən demə, aktyorluq peşəsi ilə vayner eyni sənət kolleqası imiş” sözlərini yazıb.

Daha sonra Pərvinə digər sərt reaksiya həmkarı Zarina Qurbanovadan gəlib.

“Deməli, baxıram və öz-özümə düşünürəm ki, kaş oynadığı filmlərdə, seriallarda da bu qədər təbii oynayardı – Oskarlıq”, - deyə Zarina “Facebook” hesabında status yazıb.Onun bu sözləri isə qalmaqala səbəb olub. Belə ki, Pərvinin rəfiqəsi, aktrisa Nərgiz Əliyeva Abıyevaya yazılan iradlara cavab verib:

“Sən belə eləmə, artıq qaşınırsan. Ayıb olsun! Bunu yazmaqla sənə nə verdilər? Pərvinin sənə nə pisliyi dəyib? Səninlə başqa cür danışaram. Bu günə kimi heç nə deməmişəm, susmuşam. Heç kimlə də işim olmayıb. Ancaq məni danışdırmayın. Belə səviyyəsiz söhbətlər mənə yaraşmır. İnsan olaraq hamı bilir, kim kimdir. Sən ən axırıncı adamsan ki, bizə nəsə deyəsən. Çox ikiüzlüsən. Səni tanıdığım üçün utanıram. Sözün var, de ki, Pərvin, düz eləmədin. Bu nədir, özünü göstərirsən?”. Zarina isə Nərgizi cavabsız qoymayıb:

“Hər şey yaxşıdı, mən sizinlə dilləşə biləcək potensialda deyiləm. İnsan olaraq bir birimizi yaxşı tanıyırıq. Qaldı ki, incəsənətdə olan söhbətlərə – məncə kimin nəyi və necə elədiyini bildiyimiz üçün sussaq yaxşıdı... Heç vaxt sizə nəsə deməmişəm, demərəm də, çünki o yolun yolçusu deyiləm. ”  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elzadan tanınmış jurnalistə:
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO