Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21
az

Aygün Kazımova Gürcüstanda konsert verib -

15:1427 Mart, 2018
1663
  • A

    Ötən bayram həftəsində Xalq artisti Aygün Kazımova Gürcüstanda canlı konsert proqramı ilə çıxış edib.

oxu24.com  xəbər verir ki, Marneuli şəhərində sevənləri ilə görüşən Aygün Kazımova onu alqışlamaqdan yorulmayan minlərlə pərəstişkarına öz sevilən mahnılarını təqdim edib.

Tamaşaçılar isə müğənninin canlı ifasını böyük coşğu ilə qarşılayıblar. Konsert proqramını Gürcüstan televiziyaları işıqlandırıblar.

Qeyd edək ki, Xalq artisti bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində də canlı konsert proqramı ilə çıxış etmişdi. Görünür, sənətçi ölkə hüdudlarından kənarda da fəaliyyətini genişləndirir.

Aygün Kazımova dayanmadan çalışması ilə də gənc həmkarlarına meydan oxuyur. Sənətçi hazırda bir neçə yeni layihə hazırlayır. Aygün Kazımovanın növbəti səfərinin hansı ölkəyə olacağı indidən sevənlərini maraqlandırır. 
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı qız instagramı silkələdi: Göbəyi açıq, ehtiraslı görüntüsü ilə
Zerrin Özerin əri homoseksual çıxdı, özü xəstəxanalıq oldu
Məşhur müğənnimiz ölümcül qəzaya düşdü - Hansı həmkarı onu görüb kömək etmədi?