Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18097
az

Şəxsi həyatını sirr kimi saxlayan azərbaycanlı məşhurlar - Kimin neçə övladı var?

18:3419 Sentyabr, 2019
1189
  • A
Məşhurların şəxsi həyatı hər zaman insanlar üçün maraqlı olub. Lakin onların bəziləri haqqında məlumat azdır.

Oxu24.com bu yazıda sizə sözügedən sənət adamlarının şəxsi həyatı, övladları ilə bağlı bəzi məqamları təqdim edəcək.

BİLAL ƏLİYEV

Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olub. O, evlidir, 1 oğlu var.

MURAD DADAŞOV

2001-ci ildə ixtisasca şərqşünas olan Aytən  Əliyeva ilə ailə həyatı qurub. Üç övladı var: Dadaşov Kamal Murad oğlu (20.11.2001). Dadaşov Əli Murad oğlu (14.03.2005). Dadaşov Ziya Murad oğlu (03.12.2010).

EYYUB YAQUBOV

O, 26 aprel 1965-ci ildə Bakıda şəhəri Bayıl qəsəbəsində anadan oub. Müğənni 1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var.

ÜZEYİR MEHDİZADƏ

Atası Bəxtiyar Mehdizadə 30 fevral 1963-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. Anası Sevil Qabil qızı Cəfərovadır (1985-ci ildə ailə qurublar). 2007-ci ildə Sevil xanım ürək tutmasından vəfat edib. Üzeyirin bacısı Ayselin iki uşağı var. Özü isə hələ də subaydır.

XUMAR QƏDİMOVA

Xumar Qədimova bir dəfə ailəli olub və bir oğlu var. O, bu evliliyə öz istəyi ilə son qoyub. Bu yaxınlarda isə X.Qədimovanın keçmiş həyat yoldaşı, oğlunun atası dünyasını dəyişib.

NİYAMƏDDİN MUSAYEV

Müğənninin bir neçə dəfə evli olması məlum olsa da, evliliklərinin sayı bilinmir. Onun övladlarının birinin anasını hətta analıq hüququndan məhrum etməsi də deyilir.

Qeyd edək ki, müğənninin Röya və Günel adında qızları var.

MÜBARİZ TAĞIYEV

Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib. Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəllimidir.

ELZA SEYİDCAHAN

Bir dəfə rəsmi ailə qurub, lakin sonradan boşanıb. Həmin evlilikdən Ələkbər adlı bir oğlu, Gülşən adlı bir qızı var.

CAVAN ZEYNALLI

Ötən əsrin 70-80-ci illərində estradamızın ən məşhur qrupu olan “Qaya”nın solisti olub. Ailəlidir. Həyat yoldaşı Röya xanım şairədir. Onların heç vaxt övladı olmayıb.

ƏDALƏT ŞÜKÜROV

Şəxsi həyatını mediadan gizlədən məşhurlar sırasındadır. Onunla bağlı internetdə az məlumat tapmaq olar. Müğənni evlidir. O, iki uşaq atasıdır - qızı Jalə və oğlu Emil. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir Məmmədov kostyumla dəfn edilib?
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl:

Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanıldı