Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15816
az

“Həyasız, əyyaş, hoqqabaz, tramvay nömrəsi” - Aygünə sərt sözlər

12:0617 İyul, 2019
1045
  • A
 
“Bugün musiqimizin bu qədər bəsitləşməsindən, ortalıq meymunlarından, canlı oxumağı bacarmadığı, hətta fonoqramla oxuyarkən musiqini dərk edən insanlarda gülüş doğuranlardan məhz Mirzə Babayevin ad günündə danışmaq istədim”

Oxu24.com  xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Aygün Kazımova ilə bağlı yazdığı statusdan bəhs edərkən bildirib.

O, daha sonra ad çəkməsə də A.Kazımova haqda sərt sözlər yazıb:

“Keçmişimdə və bugünümdə heç bir qüsur tapa bilməyənlər məcburən şər-böhtana əl atıblar. Niyə zəif, əyyaş, boş hay-küy yaradan müğənni deyən kimi buraya komanda yollanır və deyilir ki, bu sözlər məhz filankəsə ünvanlanıb. Oxuya bilməyənlərdən danışanda gözününüzün önündə o dəqiqə yalnız bir müğənni canlanır? Sanki sübut etmək istəyirsiniz ki, səsi olmayan yalnız filankəsdir. Sözümü musiqiyə yox, boş hoqqabazlığa önəm verənlərə deyirəm. Səhifəmə 10-15 min adam yollasalar da, estrada musiqisindən danışacağam”.

Müğənni daha sonra bir zamanlar məclislərin birində əlində tərəvəzlə çəkilən fotosuna görə onu aşağılamaq istəyənlərə də cavab verib:

“İç üzünüz Allahın verdiyi neməti yeyən yerdə qəfil fotomu çəkib, bunu ayıb imiş kimi qələmə verməyinizdə ortaya çıxır – öz “anaşa”nızdan. Boçkasına girib, “alkaş”lıq etdiyinizdən, sərxoş halda əyilmiş ağzınızla sizin kimi həyasızlardan abrını gözləyən müğənnilərə “bura səhnədir”, yox “ora səhnədir” deməkdən pis və ayıb şey imiş tərəvəz yemək? Bəsit – üç notdan ibarət mahnıların ifaçısı deyirəm, siz yalnız bir insana bunu şamil edirsiniz. Səhifəmə bir “lapet” adam göndərilib ki, kimisə tərifləsin. Bu da səsi olmayan müğənnilərin hay-küy yaratmaq bacarığının bir növüdür. Bəzi bəsit mahnıları hətta nənəm də canlı oxuyar. 50 yaşında birinci sinif şagirdi kimi oxumaqdansa, 70 yaşında olmaq yaxşıdır ”.

B.Dadaşova daha sonra A.Kazımovanın “Nömrə 1” yarışmasında Natavan Həbibiyə uduzması mövzusuna da toxunub:

“Nömrə bir dedikləri tramvay, avtobus nömrəsidir. Ona görə də özündən 25 yaş kiçiklərə SMS-lərdə uduzurlar. Tamaşaçı “Xalqın sevimlisi”nə niyə səs vermədi? PR gücünə “müğənni” olmaq istəyib, ola bilməyənlər, Brilliant elə şeylərdən çox uzaqdadır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbçi əri ilə boşanmamış  Musa ilə evləndi, barəsində cinayət işi açıldı - Təranə Qumral kimdir?
Əli Mirəliyevin əsl adı görün nə imiş —  VİDEO
Üzücü xəbər gəldi: Aygün Bəylər...

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Aytənin düşdüyü qəzadan dəhşətli VİDEO YAYILDI: Ölən şəxs görün kimdir
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb