Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15662
az

Röyanın 500 min dollarlıq villası satışa çıxarıldı

10:5514 İyul, 2019
851
  • A
Xaçmazın Nabran kəndində o villanı hər kəs “Röyanın villası” kimi tanıyır. Yan-yörədəki istirahət mərkəzində çalışanlardan tutmuş, qatıqsatanlara, təndirdə çörək yapan qadınlara qədər. Bu və ya digər məkanı təsvir etmək üçün də belə nişan verirlər: “Röyanın villasından sola dönürsən, üzü yuxarı....”

Redaktor.az xəbər verir ki, Musavat.com-un əməkdaşının məlumatına görə, yolu Nabrana düşən hər kəs kimi dəfələrlə bu villanı uzaqdan görmüşdü. Amma bu il durum fərqli idi. Çünki villanın hər tərəfindən qocaman hərflərlə yazılan “Satılır” elanı asılmışdı, üstündə də təbii ki, “zerkalnı” bir nömrə ilə. İnsanın ağlına bu nömrə yiyəsinin Röya olması gəlsə də, sonradan məlum olur ki, bu işi makler öz üzərinə götürüb. 

Həm də təkcə bu evin alqı-satqısını yox. Çünki Nabran kəndindəki əksər ev, torpaq alqı-satqısı, ev kirayəsi elanlarının altında sözügedən nömrə qeyd olunmuşdu.

Röyanın satlığa çıxarılmış villasının yanından keçən hansı jurnalist onun içinə girib, foto, video çəkiliş etmək istəməz ki? İstəmirsə, demək jurnalist deyil. Amma öncə təcili bir ssenari uydurmaq lazım. Üst-başımız, altımızdakı maşın o villaya real müştəri olmaqla bağlı inandırıcılığı sıfırlayır. 

O zaman burda işimiz nə? “Yağlı ssenari”nin ştrixləri – bir iş adamı Nabranda turizmlə məşğul olmaq istəyir. Bu evi satın alıb, oranı yay oteli kimi – ayrı-ayrı otaqlarını kirayə verməklə - fəaliyyətə keçirəcək. Biz də həmin iş adamının təmsilçiləriyik. Villaya baxıb, foto-videolarını çəkib, ona göstərəcək və yekun qərar verəcəyik. 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı qız bakirəliyini 50.000-ə SATDI - VİDEO
Afaq Aslanın alt paltarında FOTOLARI YAYILDI
Azərbaycanlı qızdan intagramda 18+ PAYLAŞIM

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur