Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13551
az

İlhamədən Zaura etiraz

21:0022 May, 2019
702
  • A
Ötən gün "Yeni ulduz" iştirakçıları və müğənni Niyam Salami arasında yaranan qalmaqala yarışmasının dördüncü mövsümünün qalibi İlhamə Qasımova da qoşulub.

Oxu24.com bildirir ki, o, bu barədə sosial şəbəkədə yazıb:

"Çox ağlamalı haldır, sadəcə gülürəm ki, ağlamayım. Ümumiyyətlə, savadlı olmaq lazımdır ki, müğənniləri çör-çöp və ya kötüklə eyni tutan aparıcının sualına etiraz edib, başqa müqayisədən istifadə edəsən. Əgər səhnədə belə müğənnilər öndə dayanıb, başqa həmkarlarını bu cür müqayisə ilə şərh edirsə, heç cavab verməyə dəyməz. Uşaqlarımızın istedadlı olması üçün "Eurovision" yarışması və dünya səhnəsi lazım deyil, onların "Yeni ulduz"da çörəkpulunu güclə qazanan xalqımız tərəfindən pul xərclənərək, səs göndərilib, önə gətirilmələri daha önəmlidir. Mən azərbaycanlıyam və səs vermiş insanların gücünə səhnəyə gəlmişəm və digər uşaqlar da həmçinin. Yarışmada olmayan sənətkarlarımız da xalqın sevgisi ilə fəxri adlara layiq görülüblər. Onlar kötük, yaxud çör-çöp deyillər. Onları belə adlandırmaq xalqımıza hörmətsizlikdir".

Qeyd edək ki, Niyam Salami aparıcı Zaur Kamalın "Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir" sualına belə cavab vermişdi: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızından danışan Kamil Zeynallı efirdə AĞLADI - VİDEO
Əməkdar artistin ayağı amputasiya edildi - FOTO
Fidan Hacıyeva evliliyinin 20-ci ilini əri ilə belə qeyd etdi - VİDEO