Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Azərbaycanda dəhşət: İşə gedən qızı yoldan qaçırdılar +VİDEO

Azərbaycanda dəhşət: İşə gedən qızı yoldan qaçırdılar +VİDEO

Yanan maşından sürücü belə çıxarıldı - DƏHŞƏTLİ VİDEO

Yanan maşından sürücü belə çıxarıldı - DƏHŞƏTLİ VİDEO

SON DƏQİQƏ! Çimnaz Mikayılovanın meyiti çaydan tapıldı

SON DƏQİQƏ! Çimnaz Mikayılovanın meyiti çaydan tapıldı

XƏBƏR LENTİ

23 Aprel 2024
Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Paltaryuyana 1 paket quru maya əlavə edin - Nəticə sizi təəccübləndirəcək
“Simpsonlar”ın 2024-cü illə bağlı PROQNOZLARI - Reallaşanlar və qorxunc ehtimallar - FOTO
ABŞ Rusiya enerjisinə qarşı sanksiyaları davam etdirəcəyini vəd edib
Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq
Putin:
“Instagram”da problem yarandı
Rəisi İsraili məhv etməklə HƏDƏLƏDİ
Azərbaycanda dəhşət: İşə gedən qızı yoldan qaçırdılar +VİDEO
Yunanıstan Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərməyəcək
Ukraynaya məxsus pilotsuz uçan aparat Ulyanovsk vilayətinə uçub
“Cavanşir Məmmədovu əsəbləşdirib öldürdülər” - Görün ƏSİL SƏBƏB NƏDİR
BÜTÜN XƏBƏRLƏR
1335
az

Direktordan Rəqsanənin qızı ilə bağlı ŞOK açıqlama: \" Evini pozğunxanaya çevirib...\"

10:5503 May, 2018
3076
  • A
Müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın 1 saylı Körpələr Evindən uşaqların ərzaqlarının maşınlarla aparılmasını əks etdirən videosu yayılandan sonra həmin xəstəxananın direktoru Nəhayət Əliyeva criminal.az saytına müsahibə verib.
Axşam.az xəbər verir ki, direktor müsahibəsində videoda əks olunan görüntülərin, əslində, oğurluq deyil, gözətçisinin yorğan-döşəyi olduğuna inandırmağa çalışıb.

"Aysun oranı "priton"a çevirib"
"Yetimin çörəyin yemək əclaflıqdır" deyən N.Əliyeva həmin videonu yayan A.İsmayılovanın ünvanına sərt ifadələr işlədib:


"Həmin Aysun müğənni Rəqsanənin qızıdır. Rəqsanə bilmirəm harda qalır, amma qızı nənəsi ilə bizim iş yerinin həyətində kirayədə yaşayırlar. Oranı da pritona çevirib. Belə adamların sözünə inanmaq düzgün deyil axı. Bu qız mənə şər atır, yalandan paylaşım edir. Mən indi sabah bunu məhkəməyə verim, bu da bilsin. Sosial şəbəkələrdən elə də başım çıxmır. Ali savadlıyam, şoulara baxmıram. Aysunun yaydığı videonu da mənə idmançı Kamil Zeynallı göndəribdi. Özümün xəbərim yox idi. Evimdə yetimin, şikəstin şəkillərini çəkib sizə göndərsəm, dəhşətə gələrsiniz. Gecə-gündüz o uşaqları uşaqlarımla yatızdırıram. Türkiyə və Almaniyadan belə gedib onlara yardım edirəm. Nə vaxt Bakıya qonaqlar gəlsə, bizim körpələr evinə gətirirlər. Çünki məndə həmişə vəziyyət qaydasında olur. İki dəfə işçi çıxartmışam, 200 qram ətə görə".N.Əliyevanın dediklərinə Aysunun cavabı gecikməyib. O bildirib ki,  N.Əliyeva törətdiyi əməlin altından çıxa bilmədiyindən şər-böhtan atır:

"Onun belə bir sübutu var ki, mən mənzilimdə əxlaqsızlıq edirəm? O adam yaşından-başından utanmırmı? Mənim və ailəm haqda nəsə desə onunla başqa cür danışaram. Aidiyyəti orqanlara yazaram ki, o, məni şərləyir. Bu insan yayılan videoların altından çıxa bilmir, başqa yollara əl atır. O zaman mən susmaram. Sən kimsən ki, mənim haqqımda belə danışırsan? Allaha şükür ki, bütün qonşular bizi tanıyır. Bu evdə bacımın dayəsi var, ailə dostlarımız var ki, hər gün bizdə olurlar. Bunun sübutu yoxdursa, mən ona böyük problemlər yaradaram.


"Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışasa..."

A.İsmayılovanın sözlərinə görə, N.Əliyevanın kirayə adlandırdığı mənzil 1998-ci ildən atamın olub, beş il əvvəl isə nənəmə hədiyyə edib:

"Bizim evə gələnlər arasında cavan adam yoxdur. Həmin mənzildə iki xalam oğlu, mən və nənəm yaşayırıq. İki adam bizə daim gəlib-gedir. Biri yaşlı qadındır, bir də telejurnalist. Mamamın prodüseri olub, onun əlində boyümüşəm.
Mən o qadını tanımırdım. Vicdanım əl vermədi, hər dəfə o mənzərəni görəndə ağlayırdım. Bu videoları tək mən çəkməmişəm. Bizə gəlib-gedən xanım jurnalist də çəkib. O insan özünü itirib. Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışsa, onunla başqa cür danışacam. Millət ondan soruşmur ki, Aysun kirayədə qalır, yoxsa evində nə edir? Millət ona sual verir ki, ay müdir xanım, yetimlərin malını hara aparırsan? Hərəyə bir söz deyir. O, deyəsən, şərləmək işi ilə məşğuldur, adını başqasına qoyur. Ağzın yumsun. İyirmi yaşım var. Yalan şey çəkib niyə özümə problem yaradım? Mənim əlimdə faktlar olduğuna və uşaqlara yazığım gəldiyinə görə belə etmişəm. Əgər ürəyim ağrımasaydı, niyə özümü bu problemə qatım ki?", - deyə A.İsmayılova əlavə edib.

N.Əliyevanın "Aysun evini "priton"a çevirib" deməsi müğənni Rəqsanəni də özündən çıxarıb. İfaçı direktoru əlində olan digər faktlarla biabır edəcəyini deyib:

"Sən tərbiyədən uzaq adamsan. Ağzını yum, başından böyük danışma. Qoy, gedib həyətdə bizim haqda araşdırma aparsınlar. Ayıbdır, yekə qadınsan, zibillərin açılıb deyə, bilmirsən altından necə çıxasan. Mən susuram. Hələ əlimizdə bir neçə görüntülər var. 3, 4 ildir, sizin bu özbaşnalığınıza göz yumuruq. İndi isə övladım iyrənc oyunlarınızı, yetimlərin haqqını daşıyıb yeməyinizi ortaya çıxardı. Susun. Elə eləməyin ki, əlimizdəki sübutlarla lazımı qurumlara müraciət edək. Mənim qız uşağıma atdığın böhtan sənə baha başa gələr. Görün, uşaq evinə rəhbərlik edən hansı kəlimələri işlədir. Vay o uşaqların halına ki, sizdən tərbiyə götürür. Əcəb edir mənim qızım. özüm də gəlirəm Bakıya, əlimdə olan digər görüntüləri lazımı orqanlara təqdim edəcəm. Görüm, onda nə bəhanələr uyduracaqsan. Aysun, ürəkli ol, düz eləmisən. Çörəyim sənə halal olsun, bala. düzgün yaşayıb, düzgün ölmək, harama əl uzadanı qusdurmaq lazımdır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir Məmmədov kostyumla dəfn edilib?
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl:

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR