Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10752
az

\"Hüseyn Dəryanın yeganə övladı Ayşədir\" - Reperin bacısı

12:0011 Mart, 2019
611
  • A
 
Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin qalmaqalı bitmir.

Ayşə "Bizimləsən" verilişinə gələrək bibisi ilə DNT analizi verərək, musiqiçinin qızı olduğunu sübut etməyə çalışıb. Analizin nəticəsində isə 15 gendən 13-ü uyğun gəldiyi üçün onların qohumluğu tam olaraq sübut edilməyib. Aparıcı Zaur Baxşəliyev bildirib ki, bu nəticə normaldır və 15 gen yalnız atalıq testi olanda üst-üstə düşür.

Bir çoxları isə DNT analizi üçün Dəryanın qəbrinin açılmasını istəyib.

Reperin bacısı Ofeliya isə efirə zəng edərək, Ayşənin tərəfini tutub:

"Bu söhbət 5 il bundan əvvəl olub. Qardaşımın dəfnində biri deyib ki, Cahangir Hüseynin oğlu deyil. Sona da onunla dava edib, məhkəməyə verəcəyini demişdi. Sonra biz Sonaya və anasına dedik ki, DNT analizi verin. Qayıtdılar ki, vaxtımız yoxdur. Ayşə mənim qardaşımın balasıdır, heç kim bunu dana bilməz. Bütün nəsil bilir ki, Hüseyn Dəryanın bir övladı var, o da Ayşədir.

Sonaya dedim ki, ya DNT analizi et, ya da Cahangir adını dəyiş. Burada çox qaranlıq məqamlar var. Biz Cahangiri Hüseyn Dəryanın oğlu kimi qəbul etmirik. Bütün nəsil bu fikirdədir".

"Sona xanım zaqs kağızını göndərdi. Evdə ona fikir verdim ki, 2006-cı ilin oktyabrında zaqsa gediblər, dekabrda Cahangir doğulub. İki ay ərzində bunlar arasında hər şey baş verib. Həmin ərəfələrdə atam narkotik istifadəçisi olub, küçələrdə qalıb. Atam narkotik istifadəçisi olubsa, necə uşağı doğulub" deyə, Ayşə iddia irəli sürüb.

Qeyd edək ki, Ayşə atasının digər nikahdan olan oğlu Cahangirin DNT analizi verməsini istəyib. Cahangirin anası Sona isə bundan imtina edib.
 
///Axşam.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
“Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - FOTO
Murad Dadaşovun oğlu nişanlandı.