Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106
az

Rəqsanə bəstəkarı hədələdi: \"Arxamda duran ərim var\"

16:3430 Mart, 2018
4959
  • A
 Xalq artisti Aygün Kazımova ilə müğənni Rəqsanə İsmayılova arasında "Hardasan" adlı mahnıya görə qalmaqal yaşanıb.

Mahnının bəstəkarı İsmayıl Əsədov Rəqsanənin mahnını lazımi qədər sevdirə bilməməkdə günahlandırıb. Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı R.İsmayılova BiG.AZ-a danışıb. İfaçı üzünü İ.Əsədova tutaraq onu yalan danışmaqda ittiham edib:

"İsmayıl çox yekə danışmasın. Rəqsanə haqqında çox danışanlar sonda dizin-dizin üzr istəyir. Ona ürəyim ağrıyır, bu sıraya qatmaq istəmirəm.

Öncəliklə onu demək istəyirəm ki, bu mahnı bir layihə üçün hazırlanıb. Uzun müddət bundan öncə Gülağa Tənha layihə eləmişdi ki, onun şeirlərindən oxuyan və ən çox səs toplayan müğənniyə hədiyyə verilir. Mən Gülağanın şeirlərindən birini götürüb İsmayıl Əsədova təqdim etdim ki, mahnı bəstələsin.

Mən aranjemana pul verməmişəm. Mahnı və aranjemanla birlikdə 3 min dollar pul vermişəm. Bu hadisə 7-8 il öncə yaşanıb. Biz mahnını mp3-ə yüklədik. Hətta onu da qeyd edim ki, iTunes-a da yerləşdirmişik".

R.İsmayılova onu da qeyd edib ki, mahnını Aygün Kazımovadan sonra yox, əvvəl oxuyub:

"İsmayıl mənə müraciət etdi ki, biz mahnını Aygünə vermək istəyirik. Mən isə həmin ərəfədə qərara gəlmişdim ki, bütün köhnə aranjemanda olan mahnılarımı yeni aranjemanda tamaşaçılara təqdim edim və etdim də. Hazırda mahnılarımız İstanbulda aranjemandadır. Bu söhbətdən dostumuz Rəhim Rəhimli də xəbərdar olub. Rəhimlə Aygün mənə zəng vurub xahiş etdilər ki, mən facebook, instagram, youtube-dan mahnını yığışdırım. Mən isə cavabında dedim ki, Aygün belə edərdi? Əlbəttə ki, yox. Mən də mahnımı heç yerdən silmirəm və silmək də fikrim yoxdur".

Rəqsanə bildirib ki, özünü xoşbəxt müğənni hesab edir.

"Mən səhnəyə gələndə indi mənim repertuarıma müraciət edənlər vaxtilə məni bəyənmirdi. Bu gün Azərbaycanın xalq artistinin belə mənim mahnıma müraciət etməsi Azərbaycan səhnəsindəki boşluqdan xəbər verir. Çünki iki ildir Azərbaycanda yoxam, görürəm ki mahnı qıtlığı yaranıb. Rəqsanə kimlərəsə çörək qazandıracaqsa, buna görə özümə təşəkkür edirəm.
İsmayıl başından yekə danışmasın, onu peşman edərlər, ağıllı olsun".

Rəqsanə sonda onu da qeyd edib ki, özünü kiminləsə reklam etməyə ehtiyacı yoxdur:

"Pulum, qazancım, arxamda duran ərim var. Qaldı ki, İsmayıla, lazım gəlsə onu yazdığı bəstədən məhrum etdirərəm".


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
Qocalar evində qalan Alen Delon tanınmaz halda - FOTO
Firəngiz Mütəllimova Xocalıda - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir