‡агрузка...

Aygün Kazımovanın məşhur DJ -lə mesajları yayıldı-VİDEO

 
Xalq Artisti  Aygün Kazımova daha bir ilkə imza atıb.


Amerikada Snoop Dogg ilə reallaşdırdığı səs küylü layihədən sonra Aygün Kazımova yenidən beynəlxalq arenada.

OXU24.COM xəbər verir ki, bu dəfə onun həmkarı dünyaca məşhur  DJ  David  Vendettadır. Azərbaycanın ən çox albom və klip təqdim edən sənətçisi, “Duy” adlanan son albomundan eyni adlı mahnıya ekran həyatı verib. Bu, həmin albomdan “Sus”, “Cücələrim”, “Əlbəttə” mahnılarından sonra sayca dördüncü klipdir. Rejissor, uzun illərdir yaradıcılığında klipmeykerliyə ara verən Fuad Əlişovdur. Onun daha əvvəl Aygün Kazımovanın “Ya i ti”, “Məhəbbət üçbucağı”, “Uyma”, “Sevdim”, “Şəklimi çək” kimi əfsanəvi kliplərində əməyi olub. Sənətçinin obrazları üzərində Rufat İsmayıl, Ruxa və Tural Atayev çalışıb. Ekran işində Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Həmin mesajları “MTV” kanalının tamaşaçıları Azərbaycan dilində oxuya bilərlər. Dünya tamaşaçısı üçün isə klipi ingilis dilində Netd music kanalı təqdim edir. Davidin rəsmi nümayəndəsi Boris Abdulun ideya müəllifi olduğu layihə “SS Production” tərəfindən həyata keçirilib.


Xatırladaq ki, dünyaca məşhur  netd musiqi kanalında  14 milyona yaxın   abunəçisi var.  Sözügedən kanalda yayımlanan klipi təqdim edirik:



loading...




Paylaş:


21-fev, 2019 458
Загрузка...
loading...
loading...