Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
981
az

Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər (SİYAHI)

15:1723 Aprel, 2018
1169
  • A
 Nazirlər Kabinetinin yeni tərkibində yer almayan nazirlik və komitələrə rəhbərliyi əvvəlki nazir və sədrlər edir.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, hazırda gənclər və idman naziri vəzifəsini Azad Rəhimov, mədəniyyət naziri vəzifəsini Əbülfəz Qarayev, müdafiə sənayesi naziri vəzifəsini Yavər Camalov, səhiyyə naziri vəzifəsini Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri vəzifəsini Hüseyn Bağırov icra edir.

Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Hicran Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinə Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Mübariz Qurbanlı, Dövlət Gömrük Komitəsinə Aydın Əliyev, Dövlət Statistika Komitəsinə Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinə Kərəm Həsənov sədrlik edir.

Dövlət Miqrasiya Xidmətinə Firudin Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə general-leytenant Arzu Rəhimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Milli Arxiv İdarəsinə Ataxan Paşayev rəhbərlik edir.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın
İrəvan bu məsələdə Bakı ilə danışıqlara getmədi
Azərbaycanın sülh səylərinə Ermənistanın qarşılıq göstərilməsi vacibdir - Nazir

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş