Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9769
az

Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi protokolu təsdiq etdi

22:2409 Fevral, 2019
470
  • A
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair protokolu təsdiq edib.

Sənəd iki ölkənin Silahlı Qüvvələri arasında hərbi təlim-tədris və əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.

Protokol tərəflər arasında icra ediləcək fəaliyyətlərdə iştirak edəcək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətlə bu fəaliyyətlərin icra ediləcəyi hərbi hissə, təşkilat və müəssisələri əhatə edir.

Trend bildirir ki, protokolun məqsədi, həmçinin Türkiyə Baş Qərargahı ilə Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında həyata keçiriləcək şəxsi heyət mübadilələrinin icra əsaslarını, icra müddətində vəzifə, səlahiyyət və öhdəlikləri müəyyənləşdirməkdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN başçısı: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? - VİDEO
Gizli anlaşma - Paşinyan özünü və xalqını riskə atdı