Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9618
az

İrəvan TƏŞVİŞ İÇİNDƏ: Qarabağda mövqelər Azərbaycanın əlinə keçir - Erməni EKSPERT

18:5604 Fevral, 2019
1333
  • A
“Vəziyyət dəyişməsə, Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ervand Bozoyan deyib.

Bozoyan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfərini xatırladıb qeyd edir ki, bu səfərin əsas məqsədi İrəvanın Qarabağla bağlı aydın olmayan mövqeyini öyrənmək idi.

“Davos görüşü və Boltonun zəngindən sonra münaqişə ətrafında prosesin getdiyi təəssüratı yaranıb. Ermənistan ictimaiyyətində narahatlıq var. Rusiyada da Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsün ABŞ-a keçməsi ilə bağlı narahatlıq yaranıb. Rusiya Ermənistanın mövqeyini anlamağa çalışır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya yaxın perspektivdə nəyi gözləməli olduğunu, danışıqlar prosesi çərçivəsində Ermənistanın mövqeyinin nədən ibarət olduğunu anlamaq istəyir: “Paşinyanın "sülh qarşılığında ərazi formulu" üzrə danışıqlar aparmamasına dair bəyanatı Azərbaycanı ciddi şəkildə təəccübləndirib. Həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində nələrin baş verməsinə dair təsəvvür yoxdur. Hazırda kifayət qədər ziddiyyətli proses gedir, danışıqların əsaslandığı prinsiplər aydın deyil. Erməni rəhbərliyi Madrid prinsiplərini dəyərləndirməkdən yayınır, lakin digər bazis də göstərmirlər”.

Bozoyan xatırladıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ adından danışıqlar aparmayacağını bildirirdi: “Lakin XİN rəhbərləri 4 dəfə görüşüb. Onlar nədən danışıblar? Hava haqqında danışdıqlarını düşünmürəm. ATƏT-in Minsk qrupunun həmsədrlərinə gəldikdə isə, hər bir həmsədr ölkə əsas vasitəçi missiyanı öz üzərinə götürmək istəyib. Vaşinqton, Paris və Moskva daim bu məsələ də bir-birini əvəzləyib. Ermənistanda hakimiyyət dəyişdikdən sonra “Bolton modeli” formalaşdı. O, regiona səfərindən sonra münaqişənin tezliklə həllinin vacibliyini vurğulayaraq danışıqlar prosesində aktiv şəkildə iştirak etməyə başladı. Bu mərhələdə ABŞ-ın aktivliyi Rusiyada narahatlıq yaratdı. Lakin nə Moskva, nə də Vaşinqton Yerevanın mövqeyini anlayır ki, Ermənistanın güzəştlər məsələsində “qırmızı xətti” hansıdır”, - deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, bu reallıq Ermənistanın danışıqlar prosesində “fundamental üstünlüyünü” itirməsinə gətirib çıxarır: “Bu prosesin davam etməsi həmsədrlər üçün Yerevan və Bakını bərabərləşdirəcək. Lakin əvvəllər ilk növbədə güzəştlər Azərbaycan tərəfindən gözlənilirdi. Bu həm Kazanda, həm Madriddə, həm də Ki-Uestdə belə olub”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?
Qarabağda vəziyyət tamamilə Bakının xeyirinə dəyişir - Ermənilər qorxu içində

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO