Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9130
az

Mərkəzi Neftçilər Xəstəxansında nə baş verir? - Xəstəxanasının direktoru işçiləri alçaldır? ŞOK ittihamlar

14:0721 Yanvar, 2019
936
  • A
 
Tibb bacısı prezidentdən kömək gözləyir

“Çalışdığım Mərkəzi Neftçilər Xəstəxanasında özbaşınalıq baş alıb gedir. Yeni təyin olunmuş direktor Ülvi Mirzəyev işçiləri incidir, onların maaşlarını azaldır. Hələ bir xəstəxanaya yüzə yaxın ştatdankənar işçi də götürüb”.

Mərkəzi Neftçilər Xəstəxanasının işçisi Könül Abdullayeva belə deyir.

O,  bildirib ki, iş yerində qarşılaşdığı özbaşınalıqlarla bağlı indiyə qədər aidiyyatı qurumlara xeyli şikayət məktubu göndərib. Hətta cavab da alıb, ancaq hələlik, bir xeyri yoxdur, Ülvi Mirzəyev yenə bildiyini edir:

“Prezidentimizə yazdığım məktuba cavab gəlməsinə rəğmən, Ülvi Mirzəyev heç bir reaksiya vermir. Ölkə başçısına qarşı saymazlıq edir”.

Könül Abdullayeva 2007-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Cərrahiyyəsi şöbəsində tibb bacısı vəzifəsində çalışır. Deyir, çalışdığı bu 12 il müddətində işinə daim məsuliyyətlə yanaşıb, heç vaxt müdiriyyətdən töhmət almayıb:

“2018-ci il noyabrın 1-dən xəstəxanaya direktor təyin olunmuş Ülvi Mirzəyev burada özünün istədiyi qanunları tətbiq edib. Tutduğu vəzifəsindən sui-istifadə edir. Özünün gətirdiyi tibbi heyətə yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş yazır. Onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edir”.

K.Abdullayeva bildirir ki, direktor onun şöbəsini məcburi şəkildə dəyişdirib. Ancaq rəsmiləşdirmədə bunu öz istəyi ilə etdiyi qeyd edilib:

“Kim öz istəyi ilə illərlə çalışdığı şöbəsini dəyişər? Üstəlik, daha aşağı əmək haqqına. Onu da deyim ki, bu hal təkcə, mənimlə yox, Mərkəzi Neftçilər Xəstəxanasının bir çox tibbi heyətilə yaşanır. Direktor heç kimin şikayət və narazılığını dinləmək istəmir, işçiləri alçaldır. Xəstəxanada öz heyətindən ibarət “Xanlıq” yaradıb. Xəstəxananın borcu olduğu halda, insanlardan rüşvət alıb, işə yüzlərlə işçi götürür. Azmış kimi onları yüksək maaşla təmin edir. Xəstəxananın köhnə işçilərini sıxışdırıb, işdən çıxardır. Köhnə yerdə qalan işçiləri az maaşla təmin edir”.

Könül Abdullayeva sonda prezident İlham Əliyevə müraciət edir. Ona sonsuz güvəndiyini bildirir: “Çox inanıram ki, insan haqlarının bu cür kobud şəkildə tapdanmasına qarşı tədbir görüləcək”.

 Mərkəzi Neftçilər Xəstəxanası ilə əlaqə saxlayıb. Direktorla danışmaq mümkün olmayıb. Onun xəstəxanada olmadığını söyləyiblər. Deyilənləri isə nə təsdiq, nə inkar ediblər. Sadəcə bu barədə danışmaq səlahiyyətlərinin olmadığını söyləyiblər.

Oxu24.com saytına Mərkəzi neftçilər Xəstəxanası ilə bağlı daha bir müraciət daxil olub. Müraciətin mətnini təqdim edirik:

Mərkəzi Neftçilər Xəstəxanasında təzə direktor gələndən Ulvu Mirzəyev biabırcıqlar baş verir.  100lərlə  savadsız insanlar işə götürülür halbuki 950 işçi  var  Neftçilərdə və xəstəxana borc icində batır. Öz adamlarını gətirib yüksək maaş verilir, amma digər işçilər incidilir, cammatın maaşı azaldılır , iş rejimi dəyişilir, artıq işlədirlər, lazımsız adamlar gətirilib, hansılara ki yüksək maaş verilir. Yaxşı həkimlər son 3 ayda xəstəxanadan gediblər, gətirdiyi həkimlər savadsız, pediatriya şöbəsi olmaya olmaya uşaq həkimi götürüb yüksək maaş verilir, həmcinin digər həkimlər və olmayan şöbələr var. Bir tibb bacısına qarşı haqsızılıq etdi, Könül Abdullayeva, yazıq şikayət yazdı, hindi başına oyun acılar, qorxumuzdan adlarımızı yaza bilmirik, üzürlü bilin, bizə qarşı repressiyalar başlamasın. Biz sadə insanlaıq və amalımız bu xəztəxananın dağılmamasıdır! Xahiş edirik işıqlandırın, qoy Ulvu Mirzəyev Mərkəzi Neftçilər Xəstəxanasını dağıtmasın!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - Fotolar
İranın
İrəvan bu məsələdə Bakı ilə danışıqlara getmədi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO